Azercell daha güclü şəbəkə ilə Formula 1-ə dəstək verir

img

28-04-2018 [20:10]


Artıq üçüncü ildir ki, ölkəmizdə möhtəşəm "Formula-1" yarışları keçirilir. Uzun illər ərzində ölkənin bütün ərazilərini yüksək keyfiyyətli xidmət və kəsintisiz rabitə ilə təmin edən Azərbaycan rabitə bazarının lider mobil operatoru Azercell Telekom da bu cür irimiqyaslı tədbirə öz töhfəsini verməkdə davamçıdır. 

Bu il də Azercell Telekom Forumula 1 oyunlarının keçiriləcəyi stadionlar və digər əlaqədar ərazilərdə bütün müştəriləri üçün mobil rabitə sistemini ən yüksək keyfiyyətdə təqdim edir. Belə ki, şirkət tərəfindən Formula 1 tədbirlərinin keçirildiyi ərazilərdə 42-2G, 36-3G və 18 4G radio baza stansiyalarında  gücləndirmə və tutum artırılması işləri həyata keçirilib. Bundan əlavə, 21 baza stansiyada 4-cü, 6 stansiyada  3-cü və 4-cü  və daha  2 stansiyada  3-cü daşıyıcı tezlik əlavə edilib. Şirkət Crystal Hall və Formula1  ərazisində daha 3 baza stansiya quraşdırmış, Crystal Hall   üçün transmissiya tutumunu 1Gbps -dən 2Gbps-ə qədər artırıb. Ümumllikdə Crystal Hall-da  2G, 3G və 4G şəbəkəsi üzərində çalışan 8 stansiya hər kəsə yüksək sürətli rabitədən yararlanmağa imkan verir. Azercell və onun tərəfdaşları Ericsson və Huawei şirkətinin peşəkar mühəndisləri tərəfindən əhəmiyyətli şəbəkə gücləndirməsi işləri görülüb. Onu da qeyd edək ki, Azercell  Formula 1 ərazisinin şəbəkə monitorinqi üçün xüsusi olaraq nəzarət xəritəsi də hazırlayıb. 

Ölkədə 4G xidmətini ilk dəfə abunəçilərinə təqdim edən və ölkədə ən böyük LTE şəbəkəsinə sahib olan  Azercell Şirkət ölkəmizdə keçirilən beynəlxalq yarışlarda hər zaman göstərdiyi yüksək keyfiyyətli xidmət ilə seçilib və bu istiqamətdə fəaliyyətini davam etdirəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA