Azərbaycanda bağçalara qəbul yaşı dəyişdirilir - Qəbul 1 yaşdan aparılacaq

img

28-04-2018 [11:33]


Azərbaycanda bağçalara qəbul 1 yaşdan aparılacaq.

Bununla bağlı "Təhsil haqqında” qanunun 18-ci maddəsinə (məktəbəqədər təhsil) dəyişiklik təklif edilir. Dəyişikliyə görə, Azərbaycan Respublikasında məktəbəqədər təhsil 1-6 yaşlı uşaqları əhatə edəcək.

Hazırki qanunvericilikdə isə hələ ki belə qeyd edilib: Azərbaycan Respublikasında məktəbəqədər təhsil 3 yaşdan başlayır.

Bundan əlavə, qanuna aşağıdakı məzmunda 18.7-ci maddə əlavə olunacaq:

18.7. Azərbaycan Respublikasında məktəbəqədər təhsilin hüquqi, iqtisadi və təşkilati əsasları bu Qanun və "Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

"Təhsil haqqında” qanuna dəyişiklik Milli Məclisin Elm və təhsil komitəsinin mayın 2-də keçiriləcək iclasında müzakirə ediləcək.
Modern.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA