Səfər Mehdiyev müşavirə keçirdi - Rəislərə tapşırıqlar verildi

img

27-04-2018 [16:53]


Dövlət Gömrük Komitəsində qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

Komitədən Mia.az-a verilən məlumata görə, müşavirədə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev ilk növbədə gömrük orqanlarına göstərilən etimada görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib və gömrük orqanlarının işinin daha da səmərəli qurulması istiqamətində səylərin artırılacağını vurğulayıb.

Komitə sədri qeyri-neft sektorunun inkişafı, sahibkarlıq mühitinin yaxşılaşdırılması, ölkəmizin tranzit potensialının gücləndirilməsi, turizmin inkişafına dəstək verilməsi, gömrük işinin təşkili zamanı şəffaflığın tam təmin olunması və mövcud problemlərin ən qısa zamanda aradan qaldırılması barədə konkret tapşırıqlar verib.

Səfər Mehdiyev xüsusilə idxal-ixrac əməliyyatları zamanı şəffaflığın təmin olunması, bu istiqamətdə xarici iqtisadi fəaliyyət iştirakçıları ilə sıx əlaqələrin qurulması, təbliğat və maarifləndirmə işlərinə xüsusi önəm verilməsinin vacibliyini diqqətə çatdırıb.

Sonda müşavirədə qaldırılan məsələlərlə bağlı təkliflər dinlənilib və onların həlli istiqamətində müvafiq tapşırıqlar verilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA