Temperatur 4-7 dərəcə enəcək, rayonlarda leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

img

27-04-2018 [13:15]


Bakıda və Abşeron yarımadasında aprelin 29-da şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu ötən günlərlə müayisədə 4-7 dərəcə enəcək.

Aprelin 28-i axşam qərb rayonlarından başlayaraq Azərbaycanın rayonlarında aprelin 30-u səhərədək hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müayisədə 4-8 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA