27-04-2018 [10:58]
Cari ilin 16-24 aprel tarixlərində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucovun rəhbərliyi altında nümayəndə heyəti Finlandiyanın Tampere şəhərində Avropa Gənc Alimlər Şurasının (EURODOC) İllik Baş Toplantısında və elmi konfransda ölkəmizi təmsil etmişdir.
21 aprel tarixində Tampere Universitetində rektor professor Liisa Laakso, Avropa Gənc Alimlər Şurasının prezidenti dr. Garek OʹNell, Avropa Komissiyasının elm və təhsil üzrə komissarı professor Fabiana Gauter, Finlandiya Akademiyasının nrəsmisi professor Hannel Lahtinen, Avropa Universitetləri Assosasiyasının prezidenti professor Aleksandr Hasgall, Finlandiya Gənc Alimlər Assosasiyasının prezidenti Miia İjas, Finlandiya Təhsil və Mədəniyyət Nazirliyinin və 38 dövlətin gənc alimlərinin milli assosasiyalarının rəhbər heyətindən ibarət 100-dək nümayəndənin qatıldığı tədbirdə Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunmuş geniş təqdimat mərasimi təşkil etmişdir.
İştirakçıların böyük maraqla izlədiyi təqdimat mərasimində ölkə başçısı cənab İlham Əliyevin imzaladığı Sərəncamla 2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi məclis iştirakçılarının diqqətinə çatdırılıb və təqdimatın məhz xalqımız üçün tarixi bir məqamda keçirilməsini vurğulayıb.
Müsəlman Şərqində ilk parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixi, fəaliyyət göstərdiyi qısa dövr ərzində həyata keçirilən islahatlar barədə tədbir iştirakçılarına geniş məlumat verilmişdir. Qeyd olunmuşdur ki, xalqımızın mədəni-intellektual, siyasi səviyyəsinin məhsulu və dövlətçilik ənənələrinin təcəssümü olan demokratik dövlət maarifin, elmin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirmişdir. Azərbaycanın ilk elm və ali təhsil mərkəzi olan Bakı Dövlət Universiteti məhz Xalq Cümhuriyyətinin zamanında təsis olunmuş, ölkədə milli təhsil islahatlarına başlanılmışdır. Xalq hakimiyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırmış, müsəlman şərqində qadınlara ilk dəfə olaraq seçki hüququnu vermişdir.
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin üzvü, Bakı Dövlət Universitetinin əməkdaşı Səbuhi Talıbovun çıxışı ilə davam edən təqdimatda Xalq Cümhuriyyətinin süqutuna səbəb olan tarixi reallıqlar əks olunmuş və bildirilmişdir ki, 70 il SSRİ imperiyası tərkibində olmasına baxmayaraq sivil və dünyəvi Azərbaycan xalqı daim qəlbinə müstəqillik ideyalarını və arzularını yaşatmışdır. 1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Xalqın ümummilli lideri Heydər Əliyevin parçalanmaqdan və dağılmaqdan qoruduğu dövlətimiz artıq növbəti dəfə 27 illik müstəqillik tarixini şərəflə yaşamaqdadır və bu müddətdə Azırbaycan xaqı bir daha sübut etmişdir ki, heç bir qüvvə onu müstəqillik yolundan döndərə bilməz.
Təqdimatda Azərbaycanda həyata keçirilən müstəqil və uğurlu siyasət, iqtisadi nailiyyətlərimizdən, Bakının bütün dünyada humanitar mərkəz kimi rolundan və bu istiqamətdə görülən işlərdən danışıldı. Qeyd olundu ki, Azərbaycan Respublikasında gənclər sahəsində aparılan siyasətin və ölkə başçısı möhtərəm İlham Əliyevin gənclərin təşəbbüslərinin reallaşması üçün yaratdığı unikal imkanların göstəricisidir ki, Avropa Gənc Alimlər Şurasında ölkəmizi təmsil edən Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin təşəbbüsü ilə və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Avropa Gənc Alimlər Şurasının və UNESCO-nun birgə dəstəyi ilə Bakı şəhərində ilk dəfə olaraq 20-25 may 2013-cü il tarixlərində 38 Avropa dövlətinin 450 nəfər gənc aliminin qatıldığı "Avropa məkanında yeni çağırışlar: Avropa Gənc Alimlərinin I Beynəlxalq Bakı Forumu” və 26-29 may 2014-cü il tarixlərində dünyanın 95 ölkəsinin 700-ə qədər gənc aliminin iştirakı ilə dünya miqyasında ilk və yeganə ən böyük tədbir - "Dünya Gənc alimlərinin I Beynəlxalq Bakı Forumu” keçirilmişdir. Bütün bunlar həm də dövlətimizin dünyada elmin, təhsilin, mədəniyyətin inkişafına, sülhün və dialoqun bərqərar edilməsinə verdiyi önəmin ifadəsidir.
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin təşəbbüsü ilə növbəti aksiya 22 aprel tarixində Tampere Universitetinin Mərkəzi Elmi Kitabxanasında baş tutmuşdur. Azərbaycan Milli Elmlər Akademiyasının Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun ingilis dilində çap etdirdiyi tariximizə, xalqımıza qarşı ermənilər tərəfindən həyata keçirilmiş silsilə soyqırım faktlarına, Qarabağda məhv edilmiş və özünküləşdirilmiş maddi-mədəniyyət və arxeoloji abidələrə həsr olunmuş kitabların sərgisi təşkil edilmişdir. Sərgidə xalqımıza qarşı Ermənistan tərəfinin hərbi təcavüzü, 20 faiz torpaqlarımızın işğal edildiyi, 1 milyondan çox insanımızın doğma yurd-yuvalarından didərgin salınaraq bu gün də məcburi köçkün həyatı yaşamaları ilə bərabər, işğal olunmuş torpaqlarda qanunsuz cinayətlər və vandalizm aktları həyata keçirildiyi vurğulanmışdır. Qeyd olunmuşdur ki, işğal altında olan torpaqlarda bu gün də böyük humanitar fəlakət yaşanmaqdadır. Ermənilər tərəfindən işğal olunmuş torpaqlarda azərbaycanlılara məxsus tarixi abidələr özünküləşdirilir, mümkün olmayanlar isə vandallıqla məhv edilir, dağıdılır və bu ərzilərdəki toponimlər, yer adları dəyiçdirilir, Azərbaycan tarixinin izlərini kütləvi surətdə silinməyə cəhdlər edilir.
Sərginin sonunda kitablar müxtəlif ölkələrdən olan xarici alimlərə paylanmışdır.

Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi