26-04-2018 [17:49]
Bu gün Azərbaycan Respublikasının Energetika Nazirliyində Azərbaycan, İran və Rusiya elektroenergetika sistemlərinin birləşdirilməsi məsələsinin müzakirəsi məqsədilə üç ölkənin energetika nazirləri müavinlərinin görüşü keçirilib.
Nazirlikdən Mia.az-a verilən məlumata görə, "Şimal-Cənub” enerji dəhlizinin yaradılması Azərbaycan, İran və Rusiya Prezidentlərinin Bakı və Tehran görüşlərində, eləcə də bu ilin mart ayında İran İslam Respublikası Prezidentinin ölkəmizə səfəri çərçivəsində müzakirə edilib və elektroenergetika sahəsində əməkdaşlığın çoxtərəfli formatda inkişaf etdirilməsi üçün müvafiq göstərişlər verilib. Eyni zamanda, Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı tərəfindən elektrik enerjisinin ixrac bazarının genişləndirilməsi ilə bağlı tapşırıqlar verilib. Bu tapşırıqların icrası olaraq 12 aprel 2018-ci il tarixində "Azərenerji” ASC ilə "TAVANİR” şirkəti arasında İrana elektrik enerjisinin ixracını nəzərdə tutan müqavilənin imzalanmasından sonra belə bir görüşün keçirilməsi üç ölkənin elektroenergetika sistemlərinin birləşdirilməsi istiqamətində atılan növbəti addımlardan biridir.
Görüşdə çıxış edən Azərbaycanın energetika nazirinin müavini Natiq Abbasov hər iki ölkə ilə enerji sahəsində əməkdaşlıq əlaqələrinin mövcud vəziyyətindən danışıb. Bildirilib ki, Azərbaycanın yerləşdiyi mövqe və həyata keçirdiyi enerji layihələri sayəsində "Şərq-Qərb” enerji dəhlizinin yaradılması təmin edilib: "Bu dəhliz üzərindən artıq üç ildir ki, Gürcüstan və Türkiyəyə elektrik enerjisi ötürülür. Azərbaycan, Rusiya və İran arasında elektrik enerjisinin ixracı sahəsində mövcud imkanlar "Şimal-Cənub” elektrik enerjisi dəhlizinin də formalaşdırılmasına şərait yaradır".
İranın energetika nazirinin müavini Humayun Hayeri Azərbaycan və Rusiya ilə elektroenergetika sistemlərinin birləşdirilməsi prosesinin icrası və başa çatmasında maraqlı olduqlarını vurğulayaraq deyib ki, hər üç ölkə elektrik enerjisinin mübadiləsi üçün əlverişli imkanlara malikdir.
Rusiya Federasiyanın energetika nazirinin müavini Anatoli Yanovski də elektroenergetika sahəsində mövcud əməkdaşlığı yüksək dəyərləndirib və bu əməkdaşlığın üç ölkəni əhatə etməsi üçün konkret addımların atılmasının vacibliyini qeyd edib.
Sonra Azərbaycan, İran və Rusiya elektroenergetika sistemlərinin birləşdirilməsi üzrə üçtərəfli işçi qrupunun yaradılması, bu məsələ ilə əlaqədar 25 aprel 2014-cü il tarixli üçtərəfli Bakı görüşünün Protokolunun icrası, texniki-iqtisadi əsaslandırmanın işlənilməsi ilə bağlı texniki tapşırıqların razılaşdırılmasına dair müzakirələr aparılıb.
Hər tərəfdən 6 nəfərdən ibarət İşçi qrupunun yaradılması və cari ilin iyun ayında Moskvada görüşün keçirilməsi, üç ölkənin elektroenergetika sistemlərinin birləşdirilməsinin texniki iqtisadi əsaslandırılmasının (TİƏ) texniki tapşırıqları, eləcə də TİƏ-nin birgə işlənməsi üzrə Saziş layihəsinin hazırlanması razılaşdırılıb.
Hər üç ölkənin enerji şirkətlərinin də iştirak etdiyi iclasın yekununda Protokol imzalanıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi