26-04-2018 [11:18]
Şəki şəhəri, Salman Mümtaz küçəsi ev 3/3-də yaşayan şəhid qardaşı İsmayılov Elşən Etibar oğlu tərəfindən Prezident İlham Əliyev və I vitse-prezidenti Mehriban xanım Əliyeva başda olmaqla, bir sıra dövlət qurumlarının rəhbərlərinə, o cümlədən ədliyyə naziri Fikrət Məmmədova müraciət ünvanlanıb.
Bir nüsxəsi də "AzPolitika.info”ya göndərilən müraciətdə Elşən İsmayılov "Şəki Məhkəmə İcra Şöbəsinin icra məmuruMəmmədov Məmməd Əhməd oğlunun"qanunazidd hərəkətlərindən” şikayətlənir.
O, "Bank of Baku”nun Şəki filialından 25 000 dollar kredit götürdüyünü, vaxtı-vaxtındaödənişləri həyata keçirdiyini bildirir: "Son devalvasiyadan sonra ödəmələrdə problem yaranmışdır. Amma bankın 11 000 dollarını ödəmişdim. 2017-də iqtisadi vəziyyətimə görə ödəniş etmədim və bank məni məhkəməyə cəlb etdi. Hazırda qətnamə icra edilməsi üçün Şəki Məhkəmə İcra Şöbəsində icra məmuru Məmmədov Məmməd Əhməd oğlunun icraatındadır. O mənə bank borcunun tam ödənilməsi barədə xəbərdarlıq etdi. Mən bank rəhbərliyilə bu məsləni bağlamaq üçün danışıqlar apardım. Mənim şəhid ailəsi olduğumu, öhdəmdə iki azyaşlının və şəhid anasının olmasını nəzərə alaraq, razılaşdılar ki,25000 manatda pul nağd formada ödəsəm, krediti tam bağlayarlar. Əldə olunan razılaşma əsasında mən məcbur olub 40 000 manat dəyəri olan evimi 25000 manata təcili satdım ki, bankın borcunu ödəyim”.
Elşən İsmayılovun yazdığına görə, bankla borc məsləsində razılığa gəlsə də, icra məmuru Məmməd Məmmədov ona təzyiq edir:"Deyirki, sənin banka borcunu bağlamağın bizi qəti maraqlandırmır. İstənilən halda bizə çatası 7%-i , yəni, 1750 dollar pulu gətirməlisən ki, biz də işi bağlayaq. Yoxsa səni ciddi cəzalandıracam”.
Elşən İsmayılov iddia edir ki,Şəki Məhkəmə İcra Şöbəsinin icra məmurlarınınr təzyiqlərinə dözməyərək intihar etmək istəyib. Ancaq yaxınları onu bu fikrindən daşındırıb.
Onun sözlərinə görə, Şəkidə Məhkəmə İcra Şöbəsinin icra məmurlarının fəaliyyətindən böyük narazılıq var. Qanunzuz olsa belə icra məmurlarının bəzi şəxslərin şəxsiyyət vəsiqələrini əlindən alaraq, geri vermədiklərini iddia edir, konkret adlar çəkir :
"Yəni, Şəki İcra Şöbəsində mənim və digərlərinin başına gətirilən müsibətləri görəndə adam Ermənistanda əsirlikdə olan soydaşlarımızın gününə şükür edir. Şəki İcra Şöbəsi niyə məhz "yağlı-pul çıxan” işlərin üstünə düşür? Seyflərində illərlə yığılıb alan 1500 ədəd icra olunmamış məhkəmə qətnamələri var. Getsinlər icra etsinlər”.
Elşən İsmayılov sondaŞəki Məhkəmə İcra Şöbəsinin icra məmurları barəsində tədbir görülməsini xahiş edir: "Hörmətli Prezidentimizdən, nazirimiz Fikrət müəllimdən xahiş edirəm ki, Şəki İcra şöbəsində sadə vətəndaşlara qarşı tətbiq edilən aqressiv yanaşmalara son qoyulmasına köməklik etsinlər. Həmçinin, Bankla razılaşıb kreditimi tam həcmdə ödədiyimi, şəhid ailəsi olduğumu nəzərə alaraq, məndən əsassız olaraq1750 dollartutulmasını tələb edən icra məmuru Məmməd Məmmədovun hərəkətlərinə hüquqi qiymətin verilməsi barədə göstəriş vermənizi xahiş edirəm”.
Elşən İsmayılovun iddiaları ilə bağlı Şəki Məhkəmə İcra Şöbəsinin vəicra məmuru Məmməd Məmmədovun da mövqeyini işıqlandırmağa hazırıq.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi