Sərkisyan üzə çıxdı, bəyanat yaydı: "...bunu etməyə borcluyam" - O, geri dönür?

img

25-04-2018 [21:19]


Ermənistanın keçmiş baş naziri Serj Sərkisyan parlament fraksiyasına məktub göndərib.

Mia.az Axar.az-a istinadən Sərkisyanın məktubunda deyib:

"Mən sizin vasitənizlə xalqımıza yenidən müraciət etmək məcburiyyətindəyəm. Mən siyasi proseslərə müdaxilə etməməyə özümü kökləmişdim. İndi hesab edirəm ki, bunu etməyə borcluyam.

Sizi mənimlə görüşə dəvət edirəm. İstefamın səbəblərini izah edəcəyəm. Partiyanın gələcəyi ilə bağlı, onun yeni rəhbərliyi və əhəmiyyətli islahatların aparılması istiqamətində ölkənin inkişafına yardım etmək üçün öz yanaşmalarımı təqdim edəcəyəm.

Sülh və sabitlik üçün sizləri müzakirəyə dəvət edirəm".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA