"Qaçqınkom"dan sanatoriyada baş verən yanğınla bağlı açıqlama: "Ailəyə müvafiq kömək göstəriləcək"

img

25-04-2018 [19:15]


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti Gəncə şəhəri ərazisindəki alüminium zavodunun sanatoriyasında baş vermiş yanğınla əlaqədar açıqlama yayıb.

Bu barədə Dövlət Komitəsindən Mia.az-a verilən məlumata görə, bu gün Gəncə şəhəri ərazisində Rafiq Həsənəliyev küçəsində yerləşən məcburi köçkünlərin məskunlaşdığı alüminium zavodunun sanatoriyasında yanğın baş verib: 

"Baş vermiş hadisə nəticəsində Kəlbəcər rayonundan olan məcburi köçkün Alıməmmədov Malik Hidayət oğlunun mənzili ev əşyaları ilə birlikdə yanıb.

Bununla əlaqədar olaraq Komitə sədrinin tapşırığı əsasında Komitənin əməkdaşları dərhal həmin ərazidə olub, mövcud vəziyyətlə yerində tanış olublar. Operativ tədbirlər nəticəsində Alıməmmədov Malik Hidayət oğlunun mənzili qısa zamanda bərpa ediləcək və ailəyə müvafiq kömək göstəriləcək.

Bununla bağlı əlavə məlumat veriləcək”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA