2011-ci ilin büdcəsində elm və təhsil xərclərinin artırılması nəzərdə tutulur

img

08-10-2010 [01:53]


?2011-ci ilin dövlət büdcəsi layihəsindəki rəqəmlər son illər Azərbaycanın dinamik iqtisadi inkişafının göstəricisidir. Belə ki, gələn il ölkədə ümumi daxili məhsulun həcminin 40 milyard manata çatacağı proqnozlaşdırılır. Azərbaycan bu göstəriciyə görə Cənubi Qafqazdakı qonşuları olan Ermənistan və Gürcüstanı bir neçə dəfə qabaqlayır?. Bu fikirləri Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev deyib. Ş.Hacıyev bildirib ki, 2011-ci ilin büdcəsində elm və təhsil xərclərinin artırılması nəzərdə tutulur. Bütün proqnozlar reallığa əsaslandığından büdcənin icrasında hər hansı risk olmayacaq. Onun sözlərinə görə, Azərbaycan həmçinin büdcə parametrləri baxımından da qonşularını bir neçə dəfə qabaqlayır. Komitə sədri qeyd edib ki, Azərbaycanın 2011-ci il büdcəsinin gəlirləri 15 milyard manat nəzərdə tutulduğu halda, Gürcüstanda bu göstərici 3,6 milyard, Ermənistanda isə 2,4 milyarddır. ?Bu göstəricilər Azərbaycanın doğurdan da regionun iqtisadi güc mərkəzinə çevrildiyini göstərir? - deyə Ş.Hacıyev vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA