Prezident Administrasiyası üçün YENİ BİNA TİKİLİR

img

25-04-2018 [14:12]


Bakı şəhər İcra Hakimiyyəti Prezident Administrasiyası üçün yeni 6 girişli, 20 mərtəbəli binanın tikintisinə icazə verib.

Mia.az xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən "APA-Economics”ə verilən məlumata görə, tikinti obyektinin sifarişçisi Prezidentin İşlər İdarəsidir.

Tikintiyə icazə aprelin 12-də verilib. Binanın tikintisi üçün 30 sot (2983.93 kvadratmetr) ərazi ayrılıb.

Bina Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti və İ.Zülfüqarov küçələrinin kəsişməsi, 2942 A saylı məhəllədə yerləşəcək.

Binanın tikintisini "Kontinent İnşaat” MMC həyata keçirəcək.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA