24-04-2018 [11:47]
Dövlət satınalmalarını həyata keçirərkən sifarişçi və podratçı təşkilat arasında gedən "otkat” oyunları barədə informasiyalar çox kəslərə məlumdur.
Yenicağ.az olaraq bu istiqamətdə apardığımız çoxsaylı araşdırmalar demək olar ki, başa çatmaqdadır.
Apardığımız araşdırmalara görə, Xaçmaz rayon İcra Hakimiyyəti başçısının Xudat İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən elan olunan müsabiqələrdə ən çox qazanan, "Tural – 2009” Məhdud Məsuliyyətli Cəmiyyəti 2010-2015-ci illər ərzində 16 dəfə, ümumilikdə 245 890 manat dəyərində dövlət satınalmaları ilə bağlı keçirilən tenderin qalibi olub.
Beləki, bu təşkilat 2011- ci ildə:
"Sair xərclər üzrə satınalmalar üçün” – 10 880 manat,
"Əsaslı təmir üzrə satınalmalar üçün” – 44 970 manat,
"Digər mallar üzrə satınalmalar üçün” – 11 700 manat,
"Yumşaq inventarların satınalınması üçün” – 8 510 manat,
"Kommunikasiya xidmətlərinin satınalınması üçün” – 4 140 manat,
"İstilik – odun satınalınması üçün” – 7 540 manat,
"Cari təmirlərin satınalınması üçün” – 3 150 manat,
"Təsərrüfat mallarının satınalınması üçün” – 16 420 manat,
"Dəftərxana materiallarının satınalınması üçün” – 8 280 manat – olmaqla 9 dəfəyə 115 590 manatlıq satınalmalarda qalib olub.
2012-ci ildə isə "Tural – 2009” MMC:
"Avadanlıqların satın alınması üçün” – 2 900 manat,
"İnventarların satın alınması üçün” – 4 000 manat,
"Kommunal və kommunikasiya xidmətlərinin satın alınması üçün” – 15 600 manat
olmaqla, 3 dəfə qalib olub.
2013-cü ildə isə adıçəkilən kommersiya qurumu:
"Mənzil fondunun əsaslı təmir işlərinin satın alınması üçün” – 39 500 manat,
"Abadlıq işlərinin satın alınması üçün” – 47 500 manat,
"Kommunal və kommunikasiya xidmətlərinin satınalınması üçün” – 17 000 manat,
"İdarənin digər xərcləri maddəsi üzrə malların (işlərin və xidmətlərin) satın alınması üçün” – 3 800 manat
olmaqla, cəmisi 4 dəfə qalib olub.
Qalib firma icra nümayəndəsinin evində yerləşir?!
Apardığımız araşdırmalar zamanı məlum olub ki, "Tural-2009” MMC (VÖEN 7700569131) 2009-cu ilin yanvar ayının 13-də dövlət qeydiyyatına alınıb. Qeydiyyat sənədlərində qurumun hüquqi ünvanı : Xaçmaz rayonu, Xudat şəhəri, Şəhriyar küçəsi ev 53 , qanuni nümayəndəsi isə Şıxmuradova Nailə Məclum qızı göstərilib.
Araşdırmalar onu göstərir ki, qurumun yerləşdiyi və ya hüquqi ünvan kimi təqdim etdiyi Şəhriyar küçəsi 53-də yerləşən ev, əvvəllər Xudat şəhər İƏD-nin icra nümayəndəsi çalışmış, hazırda isə Xaçmaz rayonu, Alekseyevka kəndi üzrə İƏD-də nümayəndə vəzifəsində çalışan Hacızadə Murad Abdulhey oğluna məxsusdur. Adıçəkilən ünvanda qeydiyyatda özü və iki nəfərdən ibarət ailəsi qeydiyyatdadır. Həmçinin məlum olub ki, şirkətin adı da təsadüfən qoyulmayıb. Beləki, şirkət icra nümayəndəsinin oğlunun adı da Tural Hacızadədir.
Xaçmaz rayon İcra Hakimiyyətinə Xudad şəhər İƏD nümayəndəliyində 2010-2015-ci illərdə işləmiş şəxslərin siyahısı ilə bağlı sorğumuza cavab olaraq Murada Hacızadənin Xudat şəhər 25.02.2013-cü ilə kimi İƏD nümayəndəsi işlədiyini bildiriblər. Şıxmuradova Nailə isə mühasibdir.
Sorğumuza verilən cavabda bildirilir ki, Murad Hacızadə hazırda Alekseyevka İƏD üzrə nümayəndə vəzifəsində çalışır, Nailə Şıxmuradov isə hazırda şəhər İƏD nümayəndəliyində mühasib işləyir.
Daha maraqlı məqam ondan ibarətdir ki, qurumun hüquqi təmsilçisi kimi adının sənədlərdə yer tutduğu Şıxmuradova Nailə Məclum qızı uzun illərdir ki, Xudat İƏD-də mühasib vəzifəsində çalışır.
Onu da qeyd edək ki, Şıxmuradova Nailə bu satınalmalarda həm də fiziki şəxs kimi iştirak edərək müsabiqənin "qalibi” olub. Beləki o, fiziki şəxs olaraq 2014-cü ildə:
"İdarənin digər xərcləri maddəsi üzrə satınalmalar üçün” – 5 390 manat,
"Abadlıq işlərinin satın alınması üçün” – 44 100 manat,
"İnventarların satın alınması üçün” – 6370 manat,
"Mənzil fondunun əsaslı təmir işlərinin satın alınması üçün” – 44 100 manat olmaqla 4 dəfə, toplam 99 960 manatlıq müsabiqələrin qalibi olub.
Nəzərə alsaq ki, qalib nəinki sıradan biri deyil, hətta hüquqi ünvanı icra nümayəndəsinin evi, qanuni təmsilçisi də satınalmanı həyata keçirən təşkilatın mühasibi olan bir təşkilatdır və bu mühasib həm də icra nümayəndəliyinin mühasibidir, onda bu "satınalmaların” nəticəsini təsəvvür etmək çətin deyil.
Görülmüş işlərin nəticəsi və adıçəkilən fiziki və hüquqi şəxslərin başqa hansı dövlət satınalmalarında iştirak etdiyi barədə məlumatları gələn saylarımızda oxuya bilərsiniz.
Yeni Çağ Sosial Araşdırma Qrupu
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi