Hərbi hissələrdəki cinayətlərin arazdırılması üçün Müdafiə Nazirliyində yeni qurum yaradılacaq

img

07-10-2010 [03:19]


Azərbaycanın hərbi hissələrində baş vermiş qanun pozuntularının yoxlanması üçün Müdafiə Nazirliyi nəzdində yeni qurum yaradılacaq. Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin oktyabrın 7-də keçirilən iclasında Silahlı Qüvvələrin intizam nizamnaməsində, qarnizon, qarovul və daxili xidmət nizamnamələrində dəyişikliklər edilməsi haqqında qanun layihəsi müzakirə edilib. Komitənin sədri Ziyafət Əsgərov bildirb ki, dəyişikliklər layihəsi hərbi hissələrdə baş verən qanun pozuntularının araşdırılması ilə bağlı yeni yaradılacaq qurumla əlaqədardır. Ziyafət Əsgərovun sözlərinə görə, hazırda hərbi hissələrdə baş verən qanun pozuntuları və cinayət hadisələri ilə bağlı ilkin təhqiqatı həmin hərbi hissələrin komandirlərinin tapşırığına əsasən təyin olunan şəxslər aparır. Qanuna dəyişiklik ediləndən sonra isə Müdafiə Nazirliyinin Hüquq İdarəsi nəzdində yeni qurum yaradılacaq və hərbi hissələrdə baş verən pozuntuların, cinayətlərin ilkin təhqiqatını da bu qurum aparacaq. Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA