AXCP ilə Müsavat aksiyalarını təxirə saldılar

img

07-10-2010 [02:44]


AXCP və Müsavatın oktyabrın 10-na təyin etdiyi mitinq təxirə salınıb. Bu barədə MİA-ya məlumat verən AXCP sədrinin müavini Fuad Qəhrəmanlı aksiya ilə bağlı partiyaların Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdiklərini bildirib. ?Bildiyiniz kimi, aksiya ilə bağlı müxtəlif rəylər verilirdi. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun bunu AXCP-Müsavat blokunun aksiyası kimi təqdim edirdi. Eyni zamanda təşviqat kampaniyası başlanmamış belə bir mitinqin keçirilməsinin qanunsuz olduğunu bəyan edirdi. Amma biz bildirirdik ki, bu, blokun yox, iki partiyanın aksiyasıdır, özü də siyasi məhbuslara azadlıq, söz, mətbuat, sərbəst toplaşmaq azadlığının təmin olunması tələbi ilə keçirilməsi nəzərdə tutulub?. AXCP funksioneri onu da vurğulayıb ki, hakimiyyətə əlavə bəhanə verməmək üçün oktyabrın 10-na təyin edilən mitinqin təxirə salınıb. Onun sözlərinə görə, oktyabrın 17-də aksiya keçirmək planlaşdırılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA