Cavid Qurbanovun başqa vəzifəyə təyin ediləcəyi xəbərinə rəsmi reaksiya: "Belə fikirlər yürütmək doğru deyil"

img

22-04-2018 [12:18]


"Aprel ayının 11-də ölkəmizdə keçirilən Prezident seçkiləri Azərbaycan xalqının Ulu öndər heydər Əliyevin siyasi kursuna inam və etibarını nümayiş etdirdi. Bu seçkilərdə xalq yekdilliklə həmin siyasi kursun yayiqli davamçısı İlham Əliyevə və onun əməli mübarizəsinə səs verdi". 

Mia.az xəbər verir ki, bu sözləri "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin  İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova QSC rəhbəri Cavid Qurbanovun Bakı şəhər İcra Hakimiyyətinin başçısı postuna gətiriləcəyi haqda dolaşan xəbərlərə münasibət bildirərkən deyib.

O, bu barədə sosial şəbəkədə yazdığı açıqlamada qeyd edib ki, hazırda dövlət strukturlarında qətiyyətli islahatlara start verən dövlət başçısı əsaslı kadr islahatları aparir: 

"Bu da cəmiyyətimiz tərəfindən maraq və razılıqla qarşılanır. Çox təəssüf ki, bu addımlara bəzi mətbu orqanlarında yersiz münasibətlər ortaya qoyulur. Adı heç bir dəyişiklikdə nəzərdə tutulmayan kadrların işgüzar imicinə müdaxilələr olur. Hətta bu sırada son günlər bəzi saytlarda "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun da adı hallandırılır.

Məlumat üçün bildirim ki, bu şayələr özündə heç bir həqiqəti əks etdirmir. Belə məlumatı yayanlar isə insanlar arasında məqsədli şəkildə çaşqınlıq yaradırlar. Ölkəmizdə söz, mətbuat azadlığı üçün yaradılan şəraitdən sui istifadə etmək heç bir KİV-in adına hörmət gətirməz".

Sevinc Qədirova qeyd edib ki, Cavid Qurbanov dövlət başçısının etimadı ilə 2015-ci ildə "Azərbaycan Dəmir Yolları” QSC-nə rəhbər təyin olunub və burada əsaslı islahatlar aparılmasına, iş əmsalının artmasına, bu məsuliyyətli sahənin imicinin möhkəmlənməsinə nail olub: "O ki qaldı Cavid Qurbanovun hansısa başqa vəzifəyə təyin olunmasına, bu, ölkə başçısının səlahiyyətinə daxil olan məsələdir və kimlərinsə bu haqda fikir yürütməsi doğru deyil".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA