Bakıda 4-cü Azərbaycan Beynəlxalq təhsil və karyera sərgisi izə bazlayıb

img

07-10-2010 [02:10]


Oktyabrın 7-də Bakı Ekspo Sərgi və Toplantı Mərkəzində Təhsil Nazirliyinin dəstəyi, ?İteca Caspian? MMC və onun tərəfdaşı ?İTE Group? PLC şirkətlərinin təşkilatçılığı ilə ?Education&Career? 4-cü Azərbaycan Beynəlxalq təhsil və karyera sərgisi işə başlayıb. Sərginin açılışında təhsil naziri Misir Mərdanov çıxış edərək, beynəlxalq tədbirin əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, sayca 4-cü olan builki sərgidə 15 ölkədən 90-dan çox təşkilat və şirkət iştirak edir. Təhsil və karyera sərgisinin coğrafiyası və əhatə dairəsi ilbəil genişlənir. Nazir diqqətə çatdırmışdır ki, sərgidə Azərbaycan, Türkiyə, Böyük Britaniya, Macarıstan, Almaniya, İspaniya, Kanada, Rusiya, ABŞ, İsveçrə və digər ölkələri təmsil edən təhsil müəssisələri iştirak edir. Açılış mərasimində digər çıxış edənlər də bildirmişlər ki, sərgi proqramını tələbələr və gənc mütəxəssislər üçün karyeranın qurulması üzrə seminarlar və təkmilləşdirmə kursları ilə davam etdirəcəkdir. Sərgidə ali peşə orta və əlavə təhsil proqramları, eləcə də tədris vəsaitləri üzrə yeni texnologiyalar və xaricdə təhsil proqramlarının geniş spektri nümayiş olunacaqdır. Sonra iştirakçılar sərgi ilə yaxından tanış olmuşlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA