BAMF rəhbərindən Baş nazir təyinatına şərh: "Bütün danışıqların canlı şahididir və prosesi mükəmməl bilir"

img

21-04-2018 [21:21]


"Çoxları Novruz Məmmədovun baş nazir postuna təyinatını gözləmədiklərini dilə gətirsə də, mən isə məhz bu görəvdə belə bir namizədin olacağını düşünürdüm". 

Mia.az xəbər verir ki, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) rəhbəri Umud Rəhimoğlu deyib.
 
Onun sözlərinə görə, Novruz Məmmədovun dövlət idarəçiliyindəki təcrübəsi, beynəlxalq sahədə fəaliyyəti, proseslərə dərindən bələd olması, ən əsası isə ötən illər ərzində qazanmış olduğu etibarlılıq bu fikrə gəlməyinə əsas idi: 
 
"O, uzun illərdir ki, hökumətin yüksək eşalonunda təmsil olunurdu və beynəlxalq əlaqələrin yönəldilməsində aparıcı şəxslərdən idi. Bu gün beynəlxalq əlaqələri nəzərə almadan uğurlu iqtisadi münasibətlərin və ölkənin hərtərəfli inkişafı üçün kompleks yanaşmanı təsəvvür etmək çətindir. O, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan demək olar ki, bütün danışıqların canlı şahididir və prosesi mükəmməl bilir. Bu baxımdan da, Novruz müəllimin bu posta təyinatını uğurlu seçim hesab edirəm. Təbrik edir və gələcək fəaliyyətində uğurlar arzulayıram!".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA