21-04-2018 [20:17]
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam verib.
Mia.az xəbər verir ki, sərəncama əsasən, Baş nazirin 3 müavini - Abid Şərifov, Elçin Əfəndiyev və İsmət Abbasovla yanaşı, Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, kənd təsərrüfatı naziri Heydər Əsədov vəzifələrindən azad olunublar. Eyni zamanda, Baş nazirin müavini Əli Həsənov paralel rəhbərlik etdiyi "Qaçqınkom"un sədri vəzifəsindən çıxarılıb.
Maraqlıdır ki, hökumətin yeni tərkibi haqda bu gün verilən sərəncamlarda xeyli nazirlik, komitə, dövlət xidməti və onların rəhbərlərinin adları yoxdur. Yəni bu qurumlarla bağlı hansı qərarın veriləcəyi kimi, onların rəhbərlərinin də gələcək taleyi cəmiyyət üçün qeyri-müəyyən qalıb.
Bəs, həmin nazir və komitə rəhbərləri kimlərdir?
1. Ekologiya və Təbii sərvətlər naziri Hüseynqulu Bağırov
2.. Gənclər və İdman naziri Azad Rəhimov
3. Səhiyyə naziri Oqtay Şirəliyev
4. Müdafiə sənayesi naziri Yavər Camalov
5. Təhsil naziri əvəzi Ceyhun Bayramov
6. Əmlak Məsələri Dövlət Komitəsinin sədri Kərəm Həsənov
7. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova
8.Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov
9. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanov
10. Dövlət Gömrük Komitəsinin sədri Aydın Hüseynov
11. Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov
12 Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev
13. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov
14. Qida Təhlükəsizliyi Agentliyinin baş direktoru Qoşqar Təhməzli
15. Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayev
Bunlarla yanaşı, aprelin 20-də verilən sərəncamla Mədəniyyət və Turizm Nazirliyinin (rəhbəri Əbülfəs Qarayev idi) bazasında yaradılan Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və Əqli Mülkiyyət Agentliyinin rəhbərliyinə də təyinatlar olmayıb.
Düzdür, sonuncuların əsasnaməsinin hələ hazır olmadığını əsas götürüb, təyinatların ləngiməsini izah etmək mümkündür. Lakin bu gün təsdiqlənən hökumətin tərkibində 15 nazirlik, komitə və dövlət xidməti rəhbərlərinin adlarının olmaması cəmiyyətdə xeyli suallar doğurub. Çünki həmin qurumların rəhbərləri arasında elələri var ki, uzun illərdir mövcud komandada təmsil olunub, hətta rəhbərlik etdikləri qurumlarda belə onların yenidən təyin ediləcəyinə sonsuz inam olub. Söz yox ki, adıçəkilən bəzi qurum rəhbərlərinin imici və fəaliyyətini nəzərə aldıqda, onların yeni hökumətdə təmsil olunmayacağına dair əvvəldən verilmiş proqnozlar da az olmayıb...
Görünür, bugünkü sərəncamda adları olmayanlar haqqında, əslində, cəmiyyətin bilmədiyi xeyli gizlinlər var...
Gözlənilir ki, yaxın günlərdə adıçəkilənlər haqqında mövcud qeyri-müəyyənliyə aydınlıq gətiriləcək.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi