Prezident deputata, nazir müavininə və agentlik sədrinə yüksək vəzifələr verdi - SƏRƏNCAMLAR

img

21-04-2018 [17:45]


Azərbaycan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə yeni sədr təyin olunub.

Mia.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında imzaladığı sərəncamda yer alıb.

Qeyd edək ki, Rövşən Rzayev deputat idi. O, bu postda Baş nazirin müavinini Əli Həsənovu əvəz edib.

Prezidentin digər sərəncamları ilə kənd təsərrüfatı naziri Heydər Əsədov vəzifədən alınıb. Onun yerinə isə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov gətirilib.

Prezidentin digər diqqətçəkən sərəncamı isə İqtisadiyyat nazirinin müavini Sahil Babayevin Səlim Müslümovun yerinə -  Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilməsidir.

Başqa bir sərəncamla isə Bakı meri Hacıbala Abutalıbov vəzifəsindən azad olunaraq, Baş nazirin müavini təyin edilib.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA