Hacıbala Abutalıbovun istefa xəbəri yayıldı - Yeni baş nazirə müavin gedir

img

21-04-2018 [00:27]


Bakı şəhər icra başçısının rəhbəri Hacıbala Abutalıbov istefa verib.

Mia.az xəbər verir ki, yenicag.az-a etibarlı mənbədən daxil olan məlumata görə, ötən gün Abutalıbov təhvil-təslim edib.

Onun bu gün təyin olunacaq baş nazirə müavin gedəcəyi iddia olunur.

Qeyd edək ki, Abutalıbov 2000-ci ilin yanvarında 1 il müddətinə Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsində çalışıb. O, 2001-ci ilin yanvarından Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA