20-04-2018 [16:48]
Təfəkkür Universiteti ali təhsil müəssisəsi kimi 1992-ci ildən fəaliyyətə başlayıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 1995-ci il tarixli 202 saylı qərarı ilə dövlət qeydiyyatından keçərək, özəl ali məktəb statusu alan universitet 2016-cı ildən fəaliyyətini dayandırıb.
Ali təhsil müəssisəsinin rəhbərliyi 2016-cı il oktyabrın 11-də Təhsil Nazirliyinə müraciət edərək fəaliyyətinin dayandırılması barədə qərar qəbul edildiyini bildirib. Universitetin 5 illik akkreditasiya müddətinin 2016-cı ildə bitdiyini nəzərə alaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyi Təfəkkür Universitetinin akkreditasiyasının keçirilməməsi, 2017-2018-ci tədris ili üçün tələbə qəbulunun proqnozlaşdırılmaması və tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsini təşkil etmək məqsədilə işçi qrupunun yaradılması barədə qərar qəbul edib.
Lakin burada təhsil alan tələbələrin ixtisas və qəbul imtahanlarında topladıqları bal nəzərə alınmaqla müvafiq ali təhsil müəssisələrində maneəsiz yerləşdirilməsi nəzərdə tutulub. Lakin universitet tələbələri hələ də müəyyən çətinliklərlə üzləşirlər.
Azərbaycanın Milli Qəhrəmanı Vahid Quliyevin oğlu Nicat Quluzadə də belələrindəndir.
Övladının üzləşdiyi problemlə bağlı yerli mətbuata saytına danışan Milli Qəhrəman Təfəkkür Universitetinin oğlunun sənədlərini vermədiyini bildirib: "Oğlum Təfəkkür Universitetində oxuyub. Keçən il universitet bağlananda bildirdilər ki, istəyən Təhsil Nazirliyinin saytı vasitəsilə ixtisası və yığdığı bala uyğun olaraq hansısa ali məktəbə köçürülə bilər. Mənim oğlum da bu yolla Bakı Biznes Universitetinə köçürüldü. Amma Təfəkkür Universiteti oğlumun sənədlərini vermir. Deyirlər ki, qayıdın universitetə. Axı bu adam Təhsil Nazirliyinin saytı ilə köçürülüb!”
O, problemlə bağlı aidiyyatı qurumlara müraciət etsə də, hələ də nəticə olmadığını vurğulayıb: "Təxminən, sentyabr-oktyabr aylarında zəng edib dedilər ki, biz artıq məhkəməyə verib, qalib gəlmişik. Qayıdın, universitetinizə gəlin. Təhsil Nazirliyindən isə deyirlər ki, "yox, oğlunuz hara köçürülübsə, orada oxusun, həll olunacaq”.
Bu, "həll olunacaq məsələsi” artıq xeyli uzanıb. Bir semestr keçdi, ikinci semestr başa çatır, amma bu uşağın hələ də əmri yoxdur. Nə vaxt nazirliyə zəng etsəm, eyni sözü deyirlər. Xatırladım ki, indi oğlum əmri olmasa da, Bakı Biznes Universitetinə dərsə gedir. Təfəkkür Universitinin prorektoru ilə də əlaqə saxlamışam. Deyir ki, "biz məhkəməni udmuşuq. Ayın 15-ə kimi məhkəmənin qərarı tam çıxacaq, qayıdıb, burada təhsilinə davam etməlidir” .
Deyilənə görə, sonuncu apellyasiya məhkəməsi aprelin 15-i olmalı idi, amma hələ də xəbər yoxdur. Deyirəm ki, yaxşı, bir il burada oxumuş uşağı yenidən nə adla Təfəkkür Universitetinə qəbul edirsiz? Nədən imtahan verəcək? Cavab verirlər ki, gəlsin, biz nəzərə alacağıq. Belə çıxır ki, bu uşağın oxuduğu bir kurs havada qalıb”.
Milli qəhrəman oğlundan fərqli olaraq, bəzi tələbələrin artıq Təfəkkür Universitetinə qayıtdığını açıqlayıb: "Övladım hazırda üçüncü kurs tələbəsidir. III kursun sentyabrından burada oxuyur. Digər qrup yoldaşlarından da Naxçıvana, Texniki Universitetə köçürülənlər var. Bəziləri artıq Təfəkkür Universitetinə qayıdıblar. Kimlərin kəsri vardısa, deyiblər ki, gəlin, sizə qiymət yazacağıq və s. Onlar da qayıdıblar. Mən isə Təfəkkür Universiteti problemli universitet olduğuna görə oğlumu oraya qayıtmağa qoymadım. Bu gün belə, sabah isə əksinə deyirlər. Həm də Biznes Universiteti evimizə yaxındır. O birinə isə 3 avtobusla gedir, saat yarım yolda olurdu”.
Qeyd edək ki, bu ali təhsil müəssisəsinin bağlanmasına səbəb kimi akkreditasiya müddətinin bitməsi və universitetin Təsisçilər Şurasının maliyyə durumunda yaranmış problemlər göstərilir/AzEDU.az
Qeyd edək adıçəkilən ali təhsil müəssisəindən Milli qəhrəmanın ittihamlarına hələ ki, hər hansı münasibət bildirilməyib. Təfəkkür Universitetinin ünvanına səsləndirilən fikirlərlə bağlı hər hansı mövqeyi olarsa, onu da yaymağa hazırıq.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi