Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaxın 3 günün hava proqnozunu açıqlayıb

img

07-10-2010 [12:24]


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 7-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi və arabir yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gündüz 16-18, axşam 13-15 dərəcə isti təşkil edəcək. Oktyabrın 8-də havanın buludlu olacağı, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Gündüz havanın açılacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 13-15, gündüz 17-19 dərəcə isti təşkil edəcək. Oktyabrın 9-da dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-17, gündüz 19-22 dərəcə isti təşkil edəcək. Oktyabrın 10-da havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı, cənub küləyi əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 15-18, gündüz 21-24 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarında Oktyabrın 8-də yağış yağacağı, gecə və səhər bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, gündüz isə qərb rayonlarından başlayaraq tədricən kəsiləcəyi ehtimalı var. Qərb küləyi gündüz şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 12-16, gündüz 15-20, dağlarda gecə 4-7, gündüz 9-14 dərəcə isti təşkil edəcək.. Oktyabrın 9-10-da havanın, əsasən yağmursuz olacağı, lakin gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı, səhər isə ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-17, gündüz 20-25, dağlarda gecə 4-8, gündüz 11-16 dərəcə isti təşkil edəcək. Tibbi-meteoroloji proqnoz Yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdləri meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA