Təcili yardım çağırdılar, həkimlər "Jiquli"də gəldi - Azərbaycan səhiyyəsində biabırçılıq + Video

img

19-04-2018 [14:41]


Ağdaş rayonunda səhiyyə adına utanc gətirən hadisə baş verib.

Mia.az Criminal.az-a istinadən xəbər verir ki, xəstələnmiş uşaq üçün təcili yardım çağırılıb. Həkimlər isə təcili yardım maşınında deyil, ''VAZ-21011'' markalı köhnə avtomobildə gəliblər. Onlar uşağı elə həmin köhnə avtomobillə xəstəxanaya çatdırıblar.

Həkim təcili yardım maşını ilə gəlməməsinin səbəbini xəstənin uzaqda olması ilə izah edib.

Ağdaş rayon Mərkəzi Xəstəxanasının baş həkimin mövqeyini öyrənmək mümkün olmadı. Xəstəxanadan Criminal.az saytına bildirildi ki, baş vermiş hadisə araşdırılacaq.

Həmin görüntüləri təqdim edirik:



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA