"Bunu subut edən görünütülər var" - “Rahat” marketlər şəbəkəsindən oğrunun döyülmə xəbərinə reaksiya + VİDEO

img

19-04-2018 [13:10]


"Rahat” marketlər şəbəkəsi mağazadan oğurluq edən şəxsin döyülməsi ilə bağlı bəzi saytlarda yayılan məlumatlara münasibət bildirib.

Marketlər şəbəkəsindən Mia.az-a bildirilib ki, oğurluq edən şəxsin döyülməsi ilə bağlı yazılanlar doğru deyil:

 "Həmin şəxs mağazadan 19 ədəd "Alpen Gold” şokoladı götürüb. O, şokoladları gizlədərək çıxmaq istəyərkən əməkdaşlarımız onu mağazaya dəvət edib. Lakin naməlum şəxs qaçmağa başlayıb. 

Hadisə axşam, hava qaralandan sonra baş verib. Qaçan şəxs qaranlıqda yıxılıb. Yıxılanda onun qaşının üstü əzilib. Yəni, həmin şəxsin market əməkdaşları tərəfindən döyülməsi qeyri-mümkündür. Çünki "Rahat”da mühafizəçilərin kimisə döyməsi, vurması qəti qadağan olunub”.

Marketlər şəbəkəsindən bildirilib ki, həmin şəxs Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin əməkdaşlarına təhvil verilib: "Bunu sübüt edən görüntülər də var”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA