19-04-2018 [10:20]
Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi toy mövsümünün başlanması ilə əlaqədar sürücülərə xəbərdarlıq edib.
Mia.az xəbər verir ki, idarənin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov Trend-ə deyib ki, bəy-gəlin cütlüyünü müşayiət edən avtomobil karvanları yol hərəkətində xeyli xətalara yol verir: "Son zamanlar toy mövsümünün başlanması ilə əlaqədar yenə də yol boyu kobud qayda pozanlar aşkarlanır. Bu da təbii ki, süni sıxlığın yaranmasına səbəb olur. Bəy-gəlin cütlüyünün müşayiətində xeyli kobudluğa yol verilir, səs siqnallarından istifadə edilir, yol zolaqları lüzumsuz olaraq tutulur, şadlıq saraylarının qarşısında dayanma-durma tələbləri pozulur və həmin ərazidən avtomobillərin keçməsi mümkünsüz olur ki, bu da ictimaiyyətdə narazılıq yaradır. Bununla əlaqədar xəbərdarlıq edirik ki, yol boyunca kobud yol-hərəkət qayda pozuntusuna yol verən sürücülər tərəfimizdən aşkarlandıqca onlar barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər həyata keçiriləcək”.
V.Əsədov bəy-gəlin cütlüyünü müşayiət edən sürücüləri diqqətli olmağa çağırıb: "Yol boyu avtomobili nizam-intizamla idarə edərək başqalarının da hərkətinə şərait yaradın. Bəy-gəlin cütlüyünün müşayiətində maksimum 4-5 maşının iştirak etməsini tövsiyə edirik, səs siqnallarından istifadə edilməməlidir, sürücülər yolayrıclarının keçmə tələbləri üzrə hərəkət etməlidir və digər sürücülərin hərəkətinə süni maneə yaratmamalıdır. Həmçinin bəzədilmiş avtomobillərin dövlət nömrə nişanının görünməsi təmin edilməlidir. Dövlət nömrə nişanının üzərinə "dostum evlənir" və yaxud bəy-gəlinin adını yazmaq inzibati xəta tərkibi yaradır. Sürücülər düşünməsinlər ki, ərazidə yol polisi yoxdursa, istədiklərini edə bilərlər. Sürücülər unutmamamlıdır ki, kiçik bir səhv toy mərasimini yas mərasiminə çevirə bilər. Qeyd edim ki, ötən il 6 toy mərasi ilə bağlı yol-qəza hadisəsi baş verib ki, nəticədə bir neçə nəfər həyatını itirib. Biz yol polisi olaraq belə kobud xətalara yol verənlərə şərait yarada bilmərik. İnsanları belə halların qarşısını almağa dəvət edirik”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi