MSK-nın boz qalmız yerlərinə namizədlər müəyyənləzib

img

06-10-2010 [03:56]


Parlamentdə azlıqda olan partiyaların nümayəndələrinin bu gün keçirilən toplantısında Mərkəzi Seçki Komissiyasının (MSK) yenidən təşkil olunması ilə bağlı müzakirələr aparılıb. Bu barədə toplantıda iştirak edən Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa bildirib ki, aparılan müzakirələr nətisəcində MSK-nın boş qalmış yerlərinə namizədlər müəyyənləşib. Bu yerlərə BAXCP Ali Məslisinin sədri Mikayıl Rəhimov və bitərəf Arifə Məmmədova namizəd irəli sürülüb. Müsavat üçünsə MSK-da 1 yer müəyyən edilib. Bura Gülağa Aslanlı namizəd kimi təklif edilib. Seçki Məcəlləsinin 24-cü maddəsinə görə, Mərkəzi Seçki Komissiyası 18 üzvdən ibarətdir. MSK üzvlərini Milli Məclis seçir. Qurumun 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı, 6 üzvü heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) deputatları, 6 üzvü deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları təmsil edir. Oktyabrın 8-də Milli Məclisin oktyabrın 8-də keçiriləcək iclasında MSK-nın yeni üzvləri ilə bağlı məsələ müzakirəyə çıxarılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA