Kəmaləddin Heydərov: "Azərbaycanda neftin dənizə axıdılmasının qarzısının alınması və aradan qaldırılması üzrə Milli Plan hazırlanıb"

img

06-10-2010 [03:34]


Azərbaycanda neftin dənizə axıdılmasının qarşısının alınması və aradan qaldırılması üzrə Milli Plan hazırlanıb. Bu barədə Astanada keçirilən "KazEnergy" beşinci Avrasiya forumunda məruzə ilə çıxış edən Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib. "Hazırda Azərbaycanda neftin dənizə axıdılmasının qarşısının alınması və aradan qaldırılması üzrə Milli Plan hazırlanıb. FHN tərkibində ixtisaslaşdırılmış qəza-xilasetmə xidməti fəaliyyət göstərir və o, zəruri avadanlıqlar və kadr potensialına malikdir", - Kəmaləddin Heydərov deyib. Azərbaycanın fövqəladə hallar nazirinin"Siyasət. Xəzər dövlətlərinin dəniz akvatoriyasının neft və texnogen çirklənməsinin qarşısının alınmasında əməkdaşlığı" məruzəsi ilə çıxışı beşinci Avrasiya enerji forumunun "Meksika körfəzindəki qəzanın dərsləri. Xəzər: texnogen risklərin azalması yolları" seksiyasında keçib. Nazirin sözlərinə görə, Meksika körfəzindəki qəza ilə dünyaya verilən dərsləri nəzərə alaraq, qəza-xilasetmə əməliyyatlarının həyata keçirilməsi üzrə regional orqanın yaradılması zərurəti yaranıb. "FHN tərkibində Xəzərdəki Qəza-Xilasetmə Xidməti beynəlxalq konvensiyalara uyğun kifayət qədər qüvvəyə malikdir və səlahiyyətli regional orqanın funksiyalarını yerinə yetirə bilər", - Heydərov deyib. Lakin onun fikrincə, Xəzəryanı dövlətlərlə yanaşı, texnogen risklərin qarşısının alınması və aradan qaldırılmasında Xəzər regionunda çalışan iri neft hasilatı şirkətləri də maraqlı olmalıdırlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA