Qarabağ Fondu Türk Festivalında Azərbaycanı təmsil edib

img

06-10-2010 [03:22]


Qarabağ Fondu Vaşinqtonda Ağ Ev yaxınlığında yerləşən Azadlıq Meydanında keçirilən illik Türk Festivalı zamanı minlərlə ziyarətçinin qarşısına çıxıb. Fondan MİA-ya verilən məlumata görə, Qarabağ Fondu ziyarətçilərlə söhbət zamanı onları öz fəaliyyət, layihə və qarşıda gələn tədbirləri haqqında ətraflı məlumatlandırıblar. Tədbir zamanı Qarabağ Fondunun işçi və könüllüləri gələn ziyarətçilərdən Azərbaycan Sənədli Layihəsi haqqında sorğular götürüblər. Layihə şifahi tarixi əks etdirir və Azərbaycan ilə əlaqəli insanlardan maddi eksponatları qoruyub saxlayır. Müxtəlif sahələrdən olan insanlar Qarabağ Fondunun bu təşəbbüsünə dəstək nümayiş etdiriblər. Layihənin nəticəsi olaraq Azərbaycan haqqında heç yerdə olmayan materialların arxivi formalaşacaq. Festivalda Azərbaycan və Qafqaz barəsində müxtəlif səviyyələrdə məlumatı olan ziyarətçilər regionun xəritədə yerini tapmağa çalışıblar. İnsanların çoxu yeni fondun payız tədbirlərində iştirak üçün maraq göstəriblər. Fondun payız tədbirlərinə Qarabağı əks etdirən şəkil sərgisi və gənc rəssam Həlimə Ələsgərovanın əl işlərinin nümayiş olunub. Qonaqlar mükafatlar qazanmaq üçün ?Azərbaycan haqqında biliyini yoxla? yarışmasında da iştirak ediblər. Qeyd edək ki, 2003-ci ildən bəri keçirilən Türk Festivalı ABŞ paytaxtının ən geniş etnik festivallarından biridir. Festival türk mədəniyyəti haqqında geniş məlumat verir və onun rolunu Yaxın Şərq, Qafqaz, Balkan və Mərkəzi Asiya mədəniyyətlərini birləşdirən körpü kimi vurğulayır. Tədbir zamanı türk mətbəxinin dadlı yeməkləri təqdim olunur və türk bazarını əks etdirən nümayişlər göstərilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA