06-10-2010 [03:13]
Nərminə Əliyevanın məktubu
Həyat büsbütün imtahandır, hərə bir cür imtahan olunur. Nə qədər çətin anlar olsa belə yaxşı insanların əhatəsində büdrəsən də yıxılmırsan. 2 yaş 8 aylıq nəvəm İbrahimi Bakıda elə bir xəstəxana, həkim qalmadı ki, aparmayım. Kaş heç aparmayaydım da. Çünki bu müddətdə edilən səhv müalicələrin arzuedilməz nəticələrini aradan qaldırmaq, nəvəmə bundan sonra necə kömək etməli olacağıma qərar vermək gücüm belə qalmamışdı.
İşlədiyim Qafqaz Universitetinin bütün kollektivi, yaxın rəfiqələrim bu günahsız balamın sağalması naminə hər şeyə hazır olduqlarını söylədilər. Universitetimizin rektoru, professor Ahmet Saniç bəy (ixtisasca mikrobioloqdur) xanımı ilə birlikdə balacanı ziyarətə gəldilər və onu gecikdirmədən (İbrahimin artıq 36 faiz qanı qalmışdı) Ankara şəhətindəki Fatih Universitetinin Tibb fakultəsinin xəstəxanasına aparmağı məsləhət gördülər. Sonra xəstəxananın ?Hemotologiya? şöbəsinin professoru Aziz Polat bəylə telefon bağlantısı qurub, vəziyyəti izah etdilər.
Bəli, doğrudan da nə yaxşı, dünya yaxşı insanlardan xali deyil. Tələbələ və müəllimləri bir-bir tanıyan, onların hər birinə lazımınca vaxt ayırmağı bacaran, səriştəli, insanpərvər rektor Ahmet Saniç bəy müalicə müddətində Türkiyədə qala biləcəyimiz yeri də bizə təşkil etdi. İlk dəfə Ankarada olduğuma baxmayaraq özumu evimdəki kimi hiss edirdim.
İbrahim burada çox ciddi müayinələrdən keçdi. Cox təəssüf ki, 3 aylıq bir müalicə ilə sağalacaq balamı Bakıda ?Langerhans hüceyrələrinin histiozu? xəstəliyini anlamadıqlarından düz 2 il 8 ay lazımsız əməliyyatlarla müalicəsini yubadirlarmış.
İbrahim Fatih Universitetinin Tibb fakultəsinin xəstəxanasında 7 gün yatdıqdan sonra xəstəliyi ilə bağlı Ankara Universitetinin Tibb fakultəsinin onkoloji şöbəsinə köçürüldü. Bunları yazmaq nə qədər ağır olsa da, yenə xeyirxah və mərhəmətli insanlar mənə dayaq oldular. İbrahimin problemlərini mənimlə birgə yaşayan, çıxış yolu axtarmaqda mənə maddi və mənəvi dəstək olan həkim rəfiqələrim Gulu Əsgərova və Rahilə Əkbərliyə, eyni zamanda, öz doğma balası qədər İbrahim üçün narahat olan, dualar edən, hər gün onun halını soruşmaq üçün Ankaraya telefonla zəng vuran, balamın müalicəsinə ailə büdcəsindən yardım edən, ixtisasca tibb bacısı olan Hicran xanima, həyat yoldaşı Qorxmaz müəllimə minnətdaram.
Balaca İbrahim hazırda da Türkiyənin Ankara Universitetinin Tibb fakultəsinin xəstəxanasında müalicə alır. İbrahimin anası - qızım Aygün indi onun yanında olmadığımı hiss etmir. Çünki İbrahimi nəvəsi, Aygünü övladı kimi sevən Türkan xanım var.
Türkan Bakacak çox savadlı riyaziyyat müəllimidir. Uzun illər sağlam uşaqların təhsili ilə məşğul olan bu xeyirxah qadın sonradan zehni inkişafdan geri qalmış uşaqlara dərs deməyi daha üstün tutub. Üç qizı, bir oglu və iki nəvəsi olan Türkan xanımin fikrincə, kim olursan ol, qazancının kiçık də olsa bir hissəsini ehtiyacı olanlara verməlisən. Övladlarını da bu ruhda tərbiyə edib. Bizi və ev ehtiyacı olan xəstələri öz evində yerləşdirməkdən çəkinməyib. Ev üçün nə qədər pul ödəyəcəyimi soranda ?yetər ki, Allah razı olsun de, Nərminə xanım? deyir. Müəllimlik peşəsini sevən, əsil insan kimi etdiyi xeyirxahlıqdan mənəvi rahatlıq tapan Türkan xanım məni yola salarkən rahatsız olmamağım üçün dedi: ?baksana, Nermine hocam, gözün arkada kalmasım. Aygün benim kızım, İbrahim də torunumdur?.
Biz İbrahimi ailəmizin büdcəsi hesabına müalicə edirik. Türkan xanım bunu bir həssas müəllim, ana, insan kimi çox yaxşı başa düşür və hər dəfə təəssüflə ?siğortanız olsaydı, daha ücüz müalicə olunardınız? deyir. Bəli, təəssüf ki, bizim uşaqların nəinki sığortası yoxdur, hələ üstəlik, həkimə aparanda onların müalicəsi üçün cibimizdən də külli miqdarda həkimlərə pul veririk. Bütün bunların müqabilində isə üşaqlarımızı səhv müalicə edirlər.
İbrahim anadan olandan bir yaşına qədər öskürəyə qarşı sonsuz müalicə aldi Bakıda. Bir yaşında tomoqrafiya olunanda sinə aralığında kista aşkar olundu. Tomoqrafiyanın nəticəsinə əsasən sinə üzrə cərrah Çərkəz Cəfərov uşağı əməliyyat etdi. Kistanı çıxararakən timus vəzini də bərabər cıxaran Çərkəz Cəfərov İbrahimin immun sisteminə köklü zərbə vurdu. Əməliyyatdan sonra istədiyi məbləği vermək üçün otağına getdik. ?Timus vəzini dartıb xirtdəyindən çıxardım? deyəndə ətim biz?biz oldu. Soruşdum ki, axı siz timusu yox, kistanı çıxarmalıydınız. ?Xəstə vəz idi nəyinə lazımdir. Ən uzağı bir yaşına qədər lazım olur, sonra o vəz ona lazım deyil ? dedi. Mən də arxayın oldum. İki xarici ölkədə İbrahimi müayinə və müalicə etdirmişəm Hər iki ölkədə cərrahın endokrinoloq olub-olmadığını soruşublar. Çərkəz Cəfərovun endokrinoloqla niyə əməliyyata girmədiyinə təəccüb ediblər. Və hər iki ölkədə ?heç olmazsa, bir az saxlasaydı timus vəzindən. Birincı dəfədir ki, timus vəzinin çıxarılmasını eşıdirik? dedilər.
İbrahimin timus vəzi çıxarılandan sonra baılaca balam ğet-ğedə zəifləməyə və yıxılarkən ayağındakı qizartıya görə Travmatologiya İnstitutuna apardıq. Professor Vaqif Verdiyev sümükdən və ilikdən biopsiya görürdü və əməliyyat ediləcəyini söylədi.Təlaşlandım, bir cox ixtisas sahibləri ilə əlaqə qurdum və cox şükür ki balamı Vaqif Verdiyevin biçağından qurtardım.
Nə yaxşı ki yenə də xeyrxah adamlar qarşıma çıxdı.
İctimai Televiziya vä Radio Yayımları Şirkätinin direktoru İsmayıl Ömärovla bu barədə danışarkən, (qeyd edim ki mən bu televiziya ilə yayımlanan ?A-dan Z-ye? ingilis dili proqramının dərs aparıcısıyam ) mənə belə xəstəliklər üzrə mütəxəsis bir tanışının olduğunu dedi. Onun məsləhəti ilə İrana üz tutduq. İranda həkimlər uşağı müayinə etdikdən sonra mənə söylədiklərindən şoka düşdüm. Sümükdə yaranmış bu şişlər immun sistemin-Timus vəzinin olmadığından irəli gəlir. Hətta bu şişlərdən biopsiya da götürməzlər. Cərrah gərək sinə aralığında olan şişi götürəydi. Timus vəzini tam olaraq çıxarmaqda çox səhv edib. Heç olmazsa az da olsa saxlamaq lazim idi. O ki qaldi ayağındakı şişə, onu qəti əməliyyat etmək olmaz. "
Daha sonra İbrahimin immun sisteminin zəifliyi onun başında, bədənində yaralar, əl,qol və baş sümüyündə kistalar əmələ gəlməsinə səbəb oldu. Orta gulaq iltihabı başladı. Dişləri tökülməyə başladı. Sən demə ki, bu körpənin xəstəliyi varmış və əlamətləri görən həkimlərimiz xəstəliyi deyil, ortaya çıxan fəsadfları kəsib tökürlərmiş. Nə yaxşı ki, ayağını əməliyyatdan qurtara bildim.
Yaza- yaza o günlər gəlib keçir gözlərim önündən. İbrahim balama Bakıdakı həkimlərin verdiyi lazımsız əziyyətlərə görə vicdan əzabı çəkirəm. Axı mənə dəfələrlə deyilmişdi ki, uşagı Türkiyəyə apar. Mənsə həkimlərimizə inandım, balamı onlara etibar etdim. Bu yazını yazmaqda məqsəd heç kəsdən mərhəmət ummamaqdır. İstədim ki, bu yazı vasitəsilə sizlərə övladlarınızın, əzizlərinizin və yaxınlarınızım müalicəsində daha diqqətli və məsuliyyətli olmağınızı sizə söyləyim. Eyni zamanda, yaxşılıq etməyi həyatının qayəsi sayan insanlarla sizi tanış edim. Allah balaca İbrahimə rəhm etsin, şəfasını versin. Amin.
Şəkildə: ortada Türkan Bakacak