"Bakcell" abunəçilərini necə soyur? - Daha bir ilginc fakt

img

18-04-2018 [11:23]


""Bakcell" rəsmən oğurluqla məşğuldur".

Mia.az xəbər verir ki, bunu jurnalist Nizam Rzayev feysbuk-da yazıb.

Onun sözlərinə görə, ölkənin ən qədim mobil operatoru olan "Bakcell" dünyanın ən qədim peşəsinin sirlərinə sahiblənib: "Deməli, nömrəmə pul qoymuşam ki(dünən saat 19:03), xətt açılsın, amma balans artmır. Bakcell-dən deyirlər ki, həmin vəsait melomaniya adlı xidmətə görə hesabdan çıxılıb (dünən saat 19:01). Yəni balansı artırdıqdan 2 dəqiqə əvvəl pulu dərhal Melominiyaya çıxıblar. Halbuki bu xidmətə heç vaxt qoşulmamışam. Bakcell-in əməkdaşı isə şinəyib ki, nömrəni özünüz təqdim etmisiniz. Sonradan məlum olur ki, telefona internet götürəndə, bu xidməti özləri telefonda aktivləşdirir, birdəfəlik dayandırmaq isə mümkün deyil. Rəsmi oğurluq, qanuni".

Məsələ ilə bağlı şirkətdən Mia.az-a edilən telefon zəngində bildirilib ki, narazı jurnalistlə söhbət ediblər:  "Onunla danışıb, başa saldıq. Anlaşılmazlıq və problem ortadan qaldırılıb".

Sonda isə şirkətin nümayəndəsi, nə qədər qəribə görünsə də, jurnalistin qeyd edilən etiraz statusunun artıq silindiyini deyərək, xəbərin də saytından çıxarılmasını xahiş edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA