Prezident and içdi: "Müstəqilliyi və ərazi bütövlüyünü qoruyacağıma and içirəm”

img

18-04-2018 [10:11]


Bu gün Milli Məclisdə Azərbaycan prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib.

Mia.az xəbər verir ki, mərasimdə Azərbaycanın dövlət rəsmiləri, hökumətin üzvləri, Milli Məclisin deputatları və Prezidentin ailə üzvləri iştirak ediblər.

Sonra Konstitusiya Məhkəməsinin hakimləri dəvət edilib və məhkəmənin sədri Prezidenti andiçməyə dəvət edib. 

Azərbaycan Respublikasının dövlət himni səslənib.

Bundan sonra Prezident İlham Əliyev Konstitusiya qanuna və müqəddəs Qurani-Şərifə əl basaraq and içib: "Dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma and içirəm. 

Əlimi Qurani-Şərifə basaraq and içirəm: Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli mənəvi dəyərlərə və ənənələrə sadiq qalacağam, onları daim uca tutacağam”.

Prezident İlham Əliyev təzim edərək Azərbaycanın dövlət bayrağını öpüb.

İlham Əliyev andiçmə mərasimində nitq söyləyib. Prezident deyib ki, bundan sonra da xalqa və dövlətə ləyaqətlə xidmət edəcək.

Onu da qeyd edək ki, mövcud qanunvericiliyə görə, andiçmə bitəndən dərhal sonra Nazirlər Kabineti istefaya gedir və hökumətin yeni tərkibinin formalaşmasına başlanır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA