İsa Qəmbərin müalicəsi davam edir - Almaniyada

img

17-04-2018 [22:59]


Almaniyada klinikaya yerləşdirilən Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərin müalicəsi davam edir.

Aprelin 17-də Novator.az-a danışan həyat yoldaşı Aida Qəmbər İsa Qəmbərin səhhətinin yaxşı olduğunu deyib.

61 yaşlı İsa Qəmbər milli azadlıq hərəkatının liderlərindən biridir. 1990-1995-ci illərdə parlamentin deputatı, 1992-1993-cü illərdə Milli Məclisin sədri olub, 1992-ci il mayın 18-dən iyunun 17-dək prezident səlahiyyətlərini icra edib.

1992-2014-cü illərdə Müsavat Partiyasının başqanı postunu tutub.

İsa Qəmbər bu ilin yanvar və fevral aylarında Bakıdakı Mərkəzi Klinik Xəstəxanada, fevralın sonundan mart ayının ortalarınadək Türkiyə paytaxtı Ankaranın Hacettepe Universitetinin xəstəxanasında ürəyindən müalicə olunub, aprelin 4-də Almaniyaya gedib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA