Quba Rayon Mərkəzi Xəstəxanasında 28 yaşlı hamilə qadın ölüb - Fakt araşdırılır

img

17-04-2018 [19:19]


Quba rayonunda hamilə qadın ölüb.

Hadisə Quba Rayon Mərkəzi Xəstəxanasında baş verib.

Belə ki, Xaçmaz rayon sakini, 1990-cı il təvəllüdlü Rəksanə Səfərovanın qəfildən halı pisləşib və xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. 

Məlumata görə, həkimlər R.Səfərovaya səhhətindəki problemlərə görə hamilə qalmamaq barədə məlumat veriblər və əks təqdirdə həyatı üçün təhlükəli olduğunu bildiriblər. R.Səfərovanın beyninə qan sızması səbəbi ilə öldüyü bildirilir. 

Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırmalara başlanılıb/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA