Yağızlı hava həftənin sonuna kimi davam edəcək, bəzi yerlərə qar yağacaq

img

06-10-2010 [11:13]


Bakıda və Abşeron yarımadasında hava bu həftənin sonuna kimi qeyri-sabit olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, bu gün paytaxtda və yarımadada arabir yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gündüz 15-17?, axşam 13-15? olacaq. Oktyabrın 7-də yağış yağacağı, gündüz havanın arabir açılacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz yarımadanın bəzi yerlərində güclənəcək. Havanın temperaturu gecə 12-14?, gündüz 16-18? olacaq. Oktyabrın 8-də hava əsasən yağmursuz keçəcək, arabir açılacaq. Lakin 7-dən 8-nə keçən gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-15?, gündüz 18-21? təşkil edəcək. Oktyabrın 9-da axşam buludluluğun artacağı gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-17?, gündüz 20-23? olacaq. Azərbaycanın rayonlarında sabah yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə sulu qar, qar yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 11-14?, gündüz 15-20?, dağlarda gecə 2-5?, gündüz 9-14? təşkil edəcək. Oktyabrın 8-9-da da gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-15?, gündüz 19-24?, dağlarda gecə 3-8?, gündüz 10-15? təşkil edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA