7 məktəb direktoruna xəbərdarlılq edildi

img

16-04-2018 [11:22]


Son bir il ərzində ümumi təhsil müəssisələrində təlim-tərbiyə prosesinin düzgün təşkili, səmərəli idarəetmənin təmin edilməsi və keyfiyyətin daha dayanıqlı olması məqsədilə müvafiq tədbirlərə əməl etməyən məktəb direktorları cəzalandırılıb.

Bakı Şəhər Baş Təhsil İdarəsindən unikal.org-un sorğusuna cavab olaraq bildirilib ki, BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinə əmək və təhsil qanunvericiliyinin tələblərinə riayət olunması vəziyyəti ilə əlaqədar 2017-2018-ci tədris ilində müəyyən olunmuş hallar üzrə 3 müsəssisə rəhbəri barəsində əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə görə intizam tənbeh tədbiri tətbiq edilib, 7 müəssisə rəhbərinə isə xəbərdarlıq olunub.

Xatırladaq ki, bir neçə gün öncə təhsil müəssisəsində məktəb-valideyn-müəllim münasibətlərinə nəzarətin zəif təşkil edildiyi, bir sıra istiqamətlərdə zəruri qabaqlayıcı və maarifləndirici tədbirlərin görülmədiyi üçün Bakı şəhəri 20 nömrəli məktəb-liseyin direktoru Səadət Veysovaya töhmət verilmişdi. Həmçinin direktora aşkar edilmiş nöqsanların qarşısının alınması istiqamətində tədbirlərin görülməsi və bu barədə BŞTİ-yə məlumat verilməsi tapşırılmışdı.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA