Ziyad Səmədzadə YAP-ın vahid namizədini qabaqladı

img

05-10-2010 [02:42]


23 Saylı Nəsimi-Səbail seçki dairəsindən deputatlığa namizəd olan Milli Məclisin İqtisadi siyasət Komitəsinin sədri Ziyad Səmədzadənin namizədliyi qeydə alınıb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, deputat sentyabrın 27-də qeydə alınsa da, MSK-nın saytında bu barədə məlumat bu gün yerləşdirilib. Qeyd edək ki, həmin dairədən hakimi Yeni Azərbaycan Partiyasının vahid namizədi Zəfər Qurbanovdur. Amma Z.Səmədzadə daha çevik tərpənərək Z.Qurbanovu qabaqlayıb. Belə ki, YAP-ın namizədlərinin əksəriyyəti qeydə alınsa da, Z.Səmədzadənin alternativi olan Z.Qurbanov hələ də qeydə alınmayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA