13-04-2018 [21:49]
Rusiyanın ABŞ Maliyyə Nazirliyinin son sanksiya qərarına cavabı çox gecikmədi. Cəmi bir həftə sonra Moskvanın Vaşinqtona kontr-sanksiyaları gündəmə gəldi. Rusiya Dövlət Dumasına ABŞ sanksiyalarına cavabı nəzərdə tutan qanun layihəsi təqdim olundu. Rusiya tərəfi bu sənədin ortaya çıxmasını Birləşmiş Ştatların düşməncəsinə münasibəti ilə əlaqələndirir.
Mia.az xəbər verir ki, layihəyə əsasən, Rusiya ABŞ dərmanlarına, siqaretlərinə, spirtli içkilərinə qadağa qoyur, eyni zamanda Rusiya zavodlarında istehsal olunan raket mühərriklərinin ABŞ-a çatdırılması dayandırılır.
Dumanın birinci vitse-spikeri İvan Melnikov bildirib ki, qanun layihəsində həmçinin nüvə sənayesində və aviatikinti sahəsində beynəlxalq münasibətləri dayandırmaq (təkcə ABŞ-la yox, rus oliqarxlara qarşı sanksiyaları və Vaşinqtonun Suriya ilə bağlı mövqeyini dəstəkləyən digər dövlətlərlə də) da təklif olunur.
İdxalat: qadağa və ya məhudiyyyət qoyulacaq

– ABŞ və digər ölkələrin dövlət və bələdiyyə qurumlarından, həmçinin bir sıra təşkilatlardan proqram təminatları və informasiya texnologiyaları avadanlıqlarının alınması;
– Dərmanlar (Rusiyada analoqu olmayanlar istisnadır);
– ABŞ-ın tütün məmulatları və spirtli içkiləri;
– ABŞ və onun mövqeyini dəstəkləyən ölkələrdən kənd təsərrüfatına aid mal və məhsullar;
– Nadir torpaq metalları, xammal
Malların idxalına qoyulan məhdudiyyətlər şəxsi istifadə üçün olanlara tətbiq edilməyəcək.
Dumanın deputatları eyni zamanda ABŞ vətəndaşlarının Rusiya ərazisində işləmək hüququnu məhdudlaşdırmaq, əcnəbi şirkətlərin özəlləşdirmədə iştirakını qadağan etmək, onlara konsaltinq, audit və hüquqi xidmətlərin göstərilməsini məhdudlaşdırmaq istəyirlər.
İxracat: ABŞ-a çatdırılmasına qadağa planlaşdırılır

– Uran (ümumiyyətlə, nüvə sənayesi sahəsində əməkdaşlığı dayandırmaq);
– Rusiya şirkətlərində istehsal olunan raket mühərrikləri;
– Təyyarələr üçün aksesuarlar;
Aviatikinti sahəsində əməkdaşlığın dayandırılması dedikdə, Rusiya tərəfinin konkret nəyi nəzərdə tutduğu bilinmir. Hələlik məlum olan odur ki, Rusiyanın "Boeing” kimi korporasiyalar üçün istehsal etdiyi metalların və hissələrin ixrac edilməsi qadağandır.
Əvvəllər iqtisadi məhdudiyyətlərlə bağlı sənədləri parlamentə hökumət təklif edirdi. Bu dəfə qanun layihəsi Dumaya bütün fraksiyaların liderləri tərəfindən irəli sürüldü.
Qanun layihəsində hökumətə ABŞ istehsalı olan istənilən mal və məhsulları "qara siyahıya” əlavə etmək haqqı da tanınır.
Kontr-sanksiyaların anonosunu Rusiya baş naziri Dmitri Medvedev hələ aprelin 11-də vermişdi. Baş nazir bildirmişdi ki, ABŞ məhsullarının Rusiya bazarına girişini məhdudlaşdıra bilərlər: "Bizim bazarda ABŞ-ın kifayət qədər məhsulu var. Bunlar təkcə qiymətli kağızlar deyil, həm də bazarımıza gətirilən və Amerika biznesinin istehsal etdiyi bir sıra digər mallardır”.

Qeyd edək ki, ABŞ-ın aprelin 6-da Rusiyaya tətbiq etdiyi sanksiyalar Rusiya prezidenti Vladimir Putinlə yaxın münasibətlərdə olan 24 biznesmen və məmura şamil olunub – Oleq Deripaska, Mixail Fridman, Aleksey Dyumin, Sergey Fursenko, Süleyman Kərimov, Kirill Şamalov, Viktor Vekselberq, Andrey Akimov, Vladimir Boqdanov, Oleq Qovorun, Vladimir Kolokotsev, Konstantin Kosaçev, Andrey Kostin, Aleksey Miller, Nikolay Patruşev, Vladislav Reznik, İqor Rotenberq, Yevgeni Şkolov, Andrey Skoç, Aleksandr Torşin, Vladimir Ustinov, Aleksandr Jarov, Viktor Zolotov və Timur Valiulin.
Sanksiyalardan əsas zərər çəkən Deripaska olub. "Qara siyahıya” salınan şirkətlərdən 8-i, həmçinin "RusAl” onunla bağlıdır.
Sanksiyaların şamil olunduğu şəxslərin ABŞ-a səfər etməsi qadağan olunub, onların Amerikadakı aktivləri dondurulub.
Sərmayəçilər və tərəfdaşlar yeni sanksiya qərarına görə iyunun 5-dək 12 şirkətlə bütün müqavilələri ləğv etməlidirlər. Bura Oleq Deripaskanın, Viktor Vekselberqin, İqor Rotenberqin və Kiril Şamalovun idarə etdiyi şirkətlər də daxildir.
Təkcə ABŞ-ın yox, üçüncü ölkələrin də şirkət və şəxsləri sözügedən müqavilələri pozmalıdılar. Əks halda Birləşmiş Ştatlar onları da sanksiya siyahısına sala bilər.
Sərmayəçilər eyni zamanda mayın 7-dək En+, QAZ və "RusAl”la da əməliyyatları başa çatdırmalıdılar.
ABŞ-ın sanksiyalarından sonra ilk iş günündə – aprelin 9-da Rusiya şirkətləri dəyər itirməyə başladı. "RusAl”ın səhmləri Honkonq birjalarında 50 faiz ucuzlaşdı. Şirkət defolt təhlükəsi ilə üz-üzə olduğunu açıqladı.

London birjalarında demək olar ki, bütün Rusiya şirkətləri, o cümlədən "Lukoyl”, "Novateka”, NLMK, "Fosaqro”, "Polyusa Zolota”, "Rosneft”, "Surqutnefteqaz” dəyər itirdi.
Moskva birjasının indeksi təqribən 7 faiz aşağı düşdü. Həmin günün nəticələrinə görə, 50-dən artıq rusiyalı biznesmen təqribən 16 milyarddollar itirdi. Eyni zamanda rublun məzənnəsi dollara və avroya nisbətdə xeyli gerilədi.
Hökumət bəyan etdi ki, sanksiyaların təsirinə düşən şirkətlərə yardım edəcək. Maliyyə naziri Anton Siluanov isə bildirdi ki, dövlət "RusAl”a pul ayıra bilər.
ABŞ Statistika Komitəsinin məlumatına görə, 2017-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 24 milyard dollar olub. Rusiya ABŞ-a əsasən neft, metal, nüvə yanacağı, mineral gübrələr və balıq verirdi ki, bunlar da Rusiyanın ABŞ-a ixracatının 90% -ni təşkil edirdi.
ABŞ-ın Rusiyaya ixracatının əsas hissəsi "Boeing” korporasiyasının payına düşür. Bunlar təyyarələr, təyyarə mühərrikləri və təyyarələr üçün komponentlərdir. Bundan əlavə, ABŞ Rusiyaya maşınqayırma məhsulları verirdi.
Rusiya son dəfə kontr-sanksiyaları 2014-cü ildə tətbiq etmişdi. Həmin vaxt Rusiya, AB, ABŞ, Avstraliya, Kanada, Norveçdən ət, tərəvəz, meyvə, quşçuluq, balıq, pendir və süd məhsulları tədarükünə qadağa qoymuşdu. Daha sonra qadağalar Albaniya, Monteneqro, İslandiya, Lixtenşteyn və Ukraynaya da şamil olunmuşdu…
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi