Prezidentin köməkçisindən ATƏT-dən istefa verən azərbaycanlının bəyanatına şərh: "Bu addım onları ifşa edir"

img

13-04-2018 [18:51]


Azərbaycan Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov ATƏT DTİHB müşahidə missiyasının köməkçisi Vüqar Əhmədovun istefa bəyanatına şərh verib.

Mia.az bildirir ki, prezidentin köməkçisinin sözlərinə görə, Müşahidə Missiyasının bəzi üzvləri yalnız xaricdə və daxildə olan müxaliflərlə əlaqə saxlamaqla məşğul olublar: "ATƏT DTİHB müşahidə missiyasının köməkçisi Vüqar Əhmədovun bəyanatı Seçki Müşahidə Missiyasının rəhbərlərinin və bəzi xüsusi seçilmiş üzvlərinin Azərbaycana olan münasibətini açıq ortaya qoyur və ifşa edir. Hesabat əvvəldən hazırlanmışdı. Bu məzmunda məlumatlar mənə də çatmışdı, özü də xarici ölkə nümayəndələrindən və missiya üzvlərindən çatmışdı. Aramızda razılaşma olmuşdu. Xahiş etmişdilər ki, adlarını gizli saxlayım. Missiyanın hesabatla razı olmayan üzvləri isə kənarlaşdırıldıqları üçün geri qayıdıblar".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA