05-10-2010 [01:34]
[b]?Haradan bilirik ki, 30 ildən sonra hansısa azərbaycanlı Rusiya prezidenti olmayacaq?[/b]
Professor İlham Rəhimov Rusiyanın Qafqazda, o cümlədən Azərbaycanda artan siyasi aktivliyinə qiymət verib. Moskvanın regionda aktivliyinin kəskin artacağını proqnozlaşdıran bir çox ekspertlərdən fərqli olaraq, İlham Rəhimov hesab edir ki, Rusiya bu regionda hər zaman fəal olub. Bu barədə Vesti.az-a müsahibə verən İlham Rəhimov Qarabağ məsələsinə də toxunub.
- Rusiya son illər beynəlxalq arenada öz təsirini hiss ediləcək dərəcədə gücləndirib, bu isə istər siyasi, istərsə də iqtisadi planda onun Qafqazdakı siyasətinin daha da aktivləşməsinə müsbət təsir göstərib. Bu, gerçəkdən belədir. Məsələ burasındadır ki, Putinin hakimiyyəti başlayandan Rusiya beynəlxalq arenada özünü daha qətiyyətlə təsdiq etməyə başlayıb, artıq onunla hesablaşırlar. Bir sözlə, o, böyük dövlət statusu əldə edib. Ona görə Rusiya təkcə Qafqazda yox, planetin başqa regionlarında da siyasətini aktivləşdirib.
Qafqaza gəlincə, bu regionda gedən proseslər bir tərəfdən subyektiv, digər tərəfdən obyektiv səbəblərlə bağlıdır. Qafqaz respublikaları özləri hələ strateji inkişafları barədə qəti qərara gəlməyiblər. Bu respublikaların tarixi taleyini və Rusiyanın onlarla uzun əsrlər sürən münasibətlərini də nəzərə almaq lazımdır. Qafqaz bir neçə əsr Rusiya imperiyasının tərkibində olub. Bütün bunlar Rusiyanın Qafqazdakı siyasətinə çox güclü təsir edir. Bu cəhətdən Rusiyanın hər hansı təsir etmək iqtidarında olmadğı Baltikyanı ölkələrlə müqayisə aparmaq olar. Rusiyanın Qafqaza təsiri həm də onunla bağlıdır ki, Qafqaz respublikaları ərazi üstündə bir-biri ilə münaqişə edir, bu isə böyük dövlətlərə, o cümlədən Rusiyaya bundan istifadə imkanı verir. Qafqaz bunu istəyib-istəməməsindən asılı olmayaraq, hələlik Rusiyanın təsirindən çıxa bilməz.
[b]- Siz dediniz ki, superdövlətlər başqa ölkələrin ərazi problemlərindən istifadə etməyə bilməz. İndiki halda Sizə elə gəlmirmi ki, Rusiya bu problemlərdən yararlanmaq üçün onları özü yaradıb?[/b]
- Makedoniyalı İsgəndərin belə bir taktikası vardı: hansısa siyasi və ya hərbi problemi həll etmək lazım gələndə, amma bunu bacarmayanda başqa bir problem yaradıb həll edərdi. Beləliklə, köhnə problem kölgədə qalardı. İndinin özündə superdövlətlər həlli mümkünsüz problemlərlə üzləşəndə süni şəkildə başqasını yaradırlar. ABŞ Əfqanıstanda, İraqda belə hərəkət etdi.
Qafqazdakı problemlərə gəlincə, indi onların səbəbini arayıb günahkarları tapmaqdansa, onları həll etmək yaxşıdır. Qafqazın problemləri isə İttifaq dağılmazdan əvvəl SSRİ-nin keçmiş rəhbərliyi tərəfindən yaradılıb. Onda ölkə hədsiz çətinliklərlə üzləşmişdi. Amma onları həll edə bilmirdilər. Ona görə hakimiyyət özü başqa problemlər yaratmağa başladı. Bütün bunların nə ilə başa çatdığını hamımız bilirik. Ona görə Rusiyanın bilərəkdən Qafqazda ərazi problemləri yaradıb bundan Qafqaz respublikalarına təzyiq kimi istifadə etdiyini düşünmürəm. Üstəlik, o vaxt Rusiya yox, SSRİ vardı. Rusiya özü dağılmaq həddində idi.
[b]- Bilmirəm, bu sual nə dərəcədə düzgün səslənir, amma hər halda necə düşünürsünüz, SSRİ dağılan vaxt biz nə qəbahətə yol verdik ki, Rusiya bu gün Qarabağ münaqişəsində Azərbaycanı yox, Ermənistanı dəstəkləyir? [/b]
- Məncə, bunu demək üçün əsas yoxdur. Rusiya özünü hakim və qarant kimi göstərmək istəyir. Ona görə aktiv şəkildə bu və ya digər tərəfi dəstəkləməyəcək. Bu, istisna edilir. Bu, bizə lazım da deyil. İstəyirik, Rusiya ədalətin tərəfində olsun.
[b]- Konkret nümunə göstərək. Xocalı, Xankəndi və başqa bir çox şəhərlərimizi erməni separatçıları Rusiyanın köməyi olmadan işğal etməyib.[/b]
- Məsələ burasındadır ki, o vaxtlar Rusiya öz ərazilərinə, o cümlədən ölkədən kənardakı hərbi bazalarına tam nəzarət edə bilmirdi. Ona görə o vaxt silahların dağıdılması üçün real imkan yarandı. Rusiya hərbçiləri generaldan tutmuş əsgərə kimi nəyi bacarırdılarsa, satdılar ? təyyarə, tank, silah və s. Rusiyanın ordu birlikləri nəzarətsiz idi. Ona görə əmin deyiləm ki, o vaxt Moskvadan Qarabağın azərbaycanlı əhalisiniun məhv edilməsi barədə xüsusi komanda verilmiş olsun. Böyük ehtimalla, bu, yerlərdə komandirlərin erməni yaraqlıları ilə birgə özfəaliyyəti olub.
[b]- Bu yaxınlarda Rusiya öz bazasının Ermənistan ərazisində qalma müddətini daha 49 illiyə uzatdı. [/b]
- Bu məsələdə bizim üçün heç bir faciə görmürəm. Əvvəlki müqavilənin müddəti bitdiyi üçün bu, baş verməli idi. Bu, Ermənistanın özü üçün faciədir. Çünki Ermənistan indiyəcən Rusiyadan iqtisadi və siyasi cəhətdən asılı idi, indi hərbi asılılıq da bura əlavə edildi.
[b]- Yerevandan sonra Rusiya prezidenti Bakıya səfər etdi. Bu səfərin balans yaratmaq üçün edildiyini deyən ekspertlərlə razısınızmı? [/b]
- Əgər Rusiya bu gün Qarabağ tənzimlənməsinə fəal şəkildə girişibsə, Medvedevin ilk olaraq Bakıya və ya Yerevana getməyinin prinsipial fərqi yoxdur. Ümumi təmas nöqtəsi axtararaq Medvedev problemi əvvəlcə bir, sonra da o biri prezidentlə müzakirə etdi. Düşünürəm ki, Medvedevin Ermənstan və Azərbaycana səfəri zamanı niyyəti bu idi.
[b]- Rusiyanın Qarabağ münaqişəsinin tənzimlənməsində rolu demişkən, bütün dünya etiraf edir ki, 2008-ci ilin avqustunda Rusiya beynəlxalq hüquqa aşkarcasına məhəl qoymadan qonşu Gürcüstanın ərazisini işğal edib. Beynəlxalq normalara aşkar hörmətsizlik göstərən bir ölkə başqa bir konfliktin - Qarabağ münaqişəsinin ədalətlə tənzimlənməsində necə qarant ola bilər?[/b]
- Bunlar tamamilə fərqli münaqişələrdir. Rusiya ilə Gürcüstan arasında münaqişə predmeti olan ərazilər Rusiya ilə həmsərhəddir, amma Qarabağın ərazi cəhətdən RF-lə əlaqəsi yoxdur. Bu, çox prinsipial məsələdir.
[b]- Hərbi əməliyyatlar başlasa, necə düşünürsünüz, Rusiya özünü Gürcüstanla apardığı kimi aparacaq?[/b]
- Qətiyyən yox.
[b]- Düzünə qalsa, inanıram, Siz şübhə etmirsiniz ki, mən Qarabağ və Rusiya-Gürcüstan münaqişəsinin fərqli münaqişələr olduğunu gözəl anlayıram. Məsələ başqa şeydədir ? beynəlxalq hüquqa, normalara hörmət etməyən ölkə Qarabağ münaqişəsinin tənzimlənməsində Münsiflər hakimi rolunda necə çıxış edə bilər? Tutalım, Qarabağda müharibə yenidən başlandı, beynəlxalq birlik ədalətin tərəfində oldu, yəni Azərbaycanı müdafiə etdi. Axı Rusiyanın beynəlxalq normalara aşkar hörmətsizlik göstərəcəyi riski saxlanılır, bunun isə Azərbaycan üçün ağır nəticələri ola bilər... [/b]
- Əvvəla, heç bir beynəlxalq təşkilat birmənalı şəkildə bəyan etməyib ki, bu münaqişədə Rusiya günahkardır, yoxsa Gürcüstan.
[b]- Bütün Avropa ölkələrinin prezidentləri və dövlət başçıları öz çıxışlarında Gürcüstan torpaqlarının işğalının əleyhinə çıxdılar.[/b]
- BMT, Avropa İttifaqı və başqa nüfuzlu təşkilatlar Rusiyanı birmənalı şəkildə günahkar saymadılar. Bu hadisəni araşdırmaq üçün yaradılan Avropa Komissiyası yekunda bu rəyə gəldi ki, münaqişəni alovlandıran Gürcüstandır.
[b]- Bu, Gürcüstan ərazisinə girmək üçün əsas yaradırdı?[/b]
- Əlbəttə, yox. Amma onunla həmsərhəd olan respublikanı qorumaq üçün əsas yaradırdı. Orada həm də Rusiya sülhməramlıları vardı və onları müdafiə etmək lazım idi. Mən Rusiyanın mövqeyini müdafiə etmirəm, sadəcə, qeyd edirəm ki, öz hərəkətlərini əsaslandırmaq üçün onun bir sıra sübutları vardı.
[b]- Fərz edək ki, Rusiyanın Abxaziya və Cənubi Osetiyada kimisə qorumaq hüququ vardı. Bəs nədən Rusiya ordusu Gürcüstanın içərilərinə daxil olub, Tbilisinin 40 kilometrliyində dayandı? Ruslar Qori və Marneulini bombaladı, bir neçə bomba BTC neft kəmərinin yaxınlığına düşdü.[/b]
- Məndə belə məlumat yoxdur.
[b]- Hər halda deməzsiniz ki, Rusiya qoşunları, ümumiyyətlə, Gürcüstan ərazisinə girməyib və ya Qorini bombardman etməyib?[/b]
- Müharibə gedirsə, maşın işə düşübsə, onu saxlamaq çətindir. Təsəvvür edin ki, Amerika qoşunları gürcülərə kömək etsəydi, Gürcüstan ordusu Rusiya ilə sərhəddə dayanardımı? Yox, onlar da içərilərə hərəkət edərdi.
[b]- Rusiya ərazisinə? [/b]
- Bəli, əlbəttə!
[b]- Nədən Siz buna belə əminsiniz? [/b]
- Çünki müharibə vaxtı hamı düşmənin ərazisinə keçib orada mövqeyini möhkəmləndirmək istəyir.
Kimin günahkar olması başqa məsələdir. Bu gün çoxları hesab edir ki, hər ikisi günahkardır. Bir superdövlət kimi Rusiya təmkinli olmalı idi. Gürcüstan isə kiçik ölkədir, xüsusi hərbi qüvvəsi yoxdur, Saakaşvili gənc və emosionaldır ? hər şeyi hesaba alıb müharibədən qaçmaq lazım idi.
Amma videoyazılar göstərir ki, əvvəlcə gürcülər Cənubi Osetiyada xeyli hoqqa çıxarıblar. Çoxlu ölənlər və dağıntı vardı, bunun qarşısını hansısa yolla almaq lazım idi. Rusiya da bundan istifadə etdi.
Güclü dövlətlər hər zaman belə edirlər. Amerikalılar da belə etdi. Səddamı cəzalandırmaq üçün bəhanə lazım idi. Səddam Hüseyn ABŞ prezidentlərini və Amerika xalqını müntəzəm olaraq təhqir edirdi.
[b]- Demək istəyirsiniz ki, Gürcüstan ərazisinə soxulmaq şəxsi qisas idi, buna görə bu qədər qan töküldü?[/b]
- Demirəm ki, bu, şəxsi qisas idi, prinsipial olaraq hesab edirəm ki, siyasətdə şəxsiyyətin təhqir edilməsi yolverilməzdir. Şəxsən mən bilirəm ki, Saakaşvili ilə münasibətləri qaydaya salmaq üçün Putin bir çox addımlar atıb.
[b]- Müharibə barədə axırıncı sual. Bu gün Azərbaycan hərbi əməliyyatlara başlayacağı təqdirdə Rusiya qoşunlarının işə qarışmamasını necə təmin edə bilər?[/b]
- Əvvəla, müəyyən beynəlxalq normalar var. İkincisi, Azərbaycan MDB üzvüdür. Üçüncüsü, Rusiya razı olmaz ki, iki başqa ölkənin münaqişəsi zamanı başqa ərazinin qorunması üçün əsgərlərinin qanı tökülsün. Rusiya öz əsgərlərini Qarabağa görə güllə qabağına verməyəcək. Axı Qarabağ bir ərazi kimi Rusiya üçün dəyər daşımır.
Gürcüstanla münaqişə zamanı Rusiya dünya qarşısında bəraət qazana bildi, real səbəblər vardı. Əgər Qarabağda ermənilərin tərəfində vuruşsalar, buna necə haqq qazandıracaqlar? Heç cür. Onda onu təcavüzkar, beynəlxalq jandarm adlandıracaqlar. Çətin ki, Rusiya belə bir imicə sahib olmaq istəsin.
[b]- Putin-Medvedev idarəçiliyi Rusiyaya nə verdi? Məsələn, bir biznesmen kimi burada və ya orada bizneslə məşğul olmaq Sizə rahatdırmı?[/b]
- Əgər desəm ki, Rusiyada biznes üçün ideal şərait var, bu, düzgün olmaz. Amma keçmiş sovet respublikalarının təmsilçiləri nədənsə bizneslə məşğul olmaq üçün Rusiyaya gedirlər. Rusiya böyük və zəngin ölkədir, biz azərbaycanlılar isə əməksevərik. Azərbaycanda isə mənim biznesim yoxdur.
[b]- Bu gün Rusiyanın biznes elitasında nə baş verir? Məsələn, Telman İsmayılov və bir çox Rusiya oliqarxlarına nə olub? İsmayılov gah qəzəbə düçar olur, gah da Çeçenistan və Soçiyə böyük sərmayələr qoymağı vəd edib indulgensiya alır. Nə baş verir? [/b]
- İstənilən ölkədə hakimiyyət böyük biznesi nəzarətdə saxlayır. Bu, ABŞ-da, Avropada, Ruisyada da belədir. Sadəcə, Rusiyada nəzarət plankası çox yüksəkdir. Bu isə Rusiyanın iqtisadi inkişafının bir sıra şərtləri ilə bağlıdır.
[b]- Telman İsmayılovun nümunəsində izah edin.[/b]
- Əlbəttə, bu sualı onun özünə vermək yaxşı olardı. Əlbəttə, onunla tanışam. Bizim normal münasibətimiz olub, amma yaxın olmamışıq. Telmanla bağlı qeyri-adi nə baş verib ki? Onun bazarı vardı, daha dəqiqi, Bədən Tərbiyəsi Universitetinin ərazisini icarəyə götürmüşdü. Çerkizov bazarını 4-8 il əvvəl bağlamaq istəyirdilər. Amma işi təxirə salırdılar, çünki bu bazarda çoxlu adam işləyirdi. Axı böyük bazar bağlananda minlərlə adam işsiz qalır, bu isə müəyyən problemlər yaradır. İndi də olmasa, yaxın gələcəkdə bu bazar bağlanacaqdı. Bu, Moskvanın baş inkişaf planı ilə əlaqədardır.
[b]- Demək, hesab edirsiniz ki, Çerkizov bazarını bağlamaqla hakimiyyət İsmayılovu cəzalandırmadı? Amma Rusiya ekspertləri bildirirdi ki, Putin onu pulunu Soçiyə qoymaq əvəzinə Türkiyədə dəbdəbəli ?Mərdan Palas? tikdiyinə görə cəzalandırıb.[/b]
- Telman qaçmayıb. Rusiyaya gəlmək ona qadağan edilməyib. Hətta qəzetlər yazanda ki, o, Moskvaya qayıda bilmir, mən onunla Bakıda görüşdüm. O dedi ki, sabah Moskvaya uçur. Telmanla bağlı məsələni çox şişirdiblər. Prinsipcə, demək olar ki, o, Rusiyada yerlilərimizə çox kömək edib.
[b]- Qeyri-rəsmi məlumatlara görə, Rusiyada 2 milyon azərbaycanlı yaşayır. Səsimiz niyə eşidilmir? Niyə elitada bizimkilər azdır, seçkili orqanlarda az qala yoxuq?[/b]
- Elita kəmiyyət yox, keyfiyyətdir. Bizimkilər, əsasən qara işlərdə pul qazanırlar. Ziyalılar arasında erməni və gürcülər daha çoxdur. Onlar Moskva və Piterdə, bizimkilər regionlarda cəmləşib. Buna görə də birlik yoxdur.
Sovet dövründə Rusiyada bizimkilər də, ermənilər, gürcülər də oxuyurdu. Mentalitetə görə bizimkilərin çoxu evə qayıdır, onlar isə qalırdı. Məsələn, təhsili başa vurandan sonra mənə hüquq fakültəsinin cinayət hüququ fakültəsində iş təklif etdilər. Mən qayıdıb Ədliyyə Nazirliyində işlədim. Başqaları orda qalıb cəmiyyətə qarışdı, ziyalıya çevrildi. Səbəb budur. Rusiyadakı diasporamızda birlik yoxdur. Ona görə səsimiz eşidilmir.
Öyrənmək, inkişaf etmək və işləmək lazımdır. Vaxt gələcək, Rusiyada azərbaycanlıların öz səsi olacaq. Axı bu, demokratik ölkədir və özünü realizə etmək üçün çoxlu imkanlar var. Haradan bilirik ki, 30 ildən sonra hansısa azərbaycanlı Rusiya prezidenti olmayacaq. Axı yerli olmayan Obama ABŞ prezidenti ola bildi...
[b]- Sizinlə eyni kursda oxuyan Vladimir Putinlə bağlı bir neçə sual vermək istəyirəm. Siz onunla dostluğunuzu gözə soxmağı sevmirsiniz. Bir neçə ay əvvəl məlumat verdiniz ki, ali məktəbi bitirməyinizin 35 illiyini birlikdə qeyd etməyə hazırlaşırsınız. Qeyd etdinizmi? Putin iştirak edirdi?[/b]
- Bəli, qeyd etdik. İyunun ortalarında Putin bizi Sankt-Peterburqa yığdı. Gəmi sifatiş verildi, Valaam adasına üzdük. İki gün ərzində tənrənə ilə qeyd etdik?
[b]- Eyni kursda oxuduğunuz başqa məşhur şəxslər varmı?[/b]
- Elələri çoxdur. Məsələn, ?Rusiyanın qənimi? - istintaq komitəsinin sədri Bastırkin, DİN istintaq komitəsinin sədri Aniçkin və bir sıra başqaları.
[b]- Deyirlər, Putin Moskva restoranında Sizin yaxın qohumunuzun ad günündə iştirak edib ?[/b]
- Belə hadisə olmayıb. Amma 2001-ci ildə Putin öz zövcəsi ilə qızımın Moskvada, ?Özbəkistan? restoranında keçirilən toyunda iştirak edib.
[b]- Putinin ?Zaporojets?i ilə bağlı tarixçə necə olub? Deyirlər, onun köməyi ilə Siz və iki dostunuz çoxlu pivə udmusunuz?[/b]
- Bizim sambo üzrə bir məşqçimiz olub. Bu barədə o danışıb. O vaxta maşın az olurdu, amma Putinin anası ?Zaporojets? udmuşdu. Uşaqlar bizimlə mərc gəldilər ? doğrudanmı, Putinin maşını var? Bununla çoxlu pivə udduq, təbii ki, bir yerdə içdik.
[b]- Medvedevlə də tanışsınız?[/b]
- Əlbəttə.
[b]- Putin vasitəsi ilə? [/b]
- Yox, niyə ki... O, bizim hüquq fakültəsini bitirib, sonra mülki hüquq fakültəsində dərs deyib. Mən aspirant olanda Medvedev tələbə idi. O, dosent olanda, mən Leninqrada gedirdim və onu kafedradan tanıyırdım. Öz kurs yoldaşım kimi Putinlə yaxın münasibətdə olmamışam, ancaq tanımağına tanımışam.
[b]- Necə bilirsiniz, Medvedev dövləti idarə etməkdə Putindən daha istedadlıdır?[/b]
- Onu Putinlə müqayisə etmək düzgün olmaz. Vladimir Vladimiroviçin idarəçilik təcrübəsi böyükdür, Dmitri Anatolyeviç çox savadlı hüquqşünas, istedadlı və perspektivli siyasətçidir.
[b]- Lujkovu niyə istefaya göndərdilər? [/b]
- Əvvəla, nəzərə almaq lazımdır ki, onun 74 yaşı var. Onun yaşında olan bütün qoca siyasətçilər könüllü olaraq istefaya gedib: Tatarıstan prezidenti Şaymiyev, Başqırdıstan prezidenti Rəhimov. Onlar da öz respublikaları üçün çox şey ediblər. Son illər göstərdi ki, gücləri tükənir, yeni adamlar, ideyalar, yeni kadrlar lazımdır. Lujkov haqda da eyni şeyi demək olar. O, yaxşı təsərrüfatçıdır. O da Şaymiyev və Rəhimov kimi Moskva üçün çox iş görüb. Son illər göstərdi ki, o artıq 5-10 il əvvəlki Lujkov deyil. Moskva yeni baxışları olan yeni gənc rəhbərə ehtiyac hiss edirdi. Şaymiyev və Rəhimov müdriklik göstərib özləri getdilər.
Qərar qəbul edən zaman dövlət başçısı heç kəslə məsləhətləşməyə bilər. Düşünürəm ki, bu məsələdə o, öz mövqeyini baş nazir və ?Yedinaya Rossiya?nın rəhbəri kimi Putinlə razılaşdırıb. Bunu o da sübut edir ki, Moskvanın yeni meri ilə bağlı məsələni birlikdə müzakirə edirlər.
Putinlə Medvedev arasında fikir ayrılığı olması barədə KİV-in versiyaları şişirtmədir. Məhz indi Rusiyada yeni tendensiya müşahidə edilir ? bütün prinsipial məsələləri onlar bir-biri ilə razılaşdırırlar. Onlar həmfikirdirlər.
[b]- Siz Rusiyada bizneslə məşğul olursunuz. Anlayıram ki, biznesin öz qaydaları var. Hər halda erməni biznesmendən Sizə yaxşı işgüzar təklif gəlsə, onu qəbul edərsinizmi? [/b]
- Əvvəla, mənə ermənilərdən bizneslə məşğul olmaq barədə təklif gəlməyib. İkincisi, mənim biznesim təkcə mənim deyil, tərəfdaşlarım var. Qərarları kollektiv şəkildə qəbul edirik. Əgər əlverişli təklif olsa, niyə də qəbul etməyəsən? Biz ?Slavyanskoye? otelini alanda payçılardan biri gürcü, ?Qrand?ı alanda biri çeçen idi. Hansısa erməni mehmanxana satırsa, bizə əlverişlidirsə, niyə də almayaq? Axı mən tərəfdaşlarıma deyə bilmərəm ki, o, ermənidir, ondan almaq istəmirəm. Biznesdə belə şey olmur.
[b]- İlyas İsmayılovun oğlunun işi ilə bağlı bədxahlarınız Sizin də adınızı çəkir... [/b]
- Bu, görünür, onunla bağlıdır ki, məndən edə bilməyəcəyim şeyi ? onun azad edilməsi üçün imkanlarımdan istifadə etməyimi gözləyirdilər. Bütün incikliklər bununla bağlıdır. Bir sıra jurnalistlər bunu şişirdib münaqişəli münasibətlər yaratdılar, İlyas İsmayılovun ailəsi ilə qarşılıqlı əlaqələri çətinləşdirdilər.
Mənə bu işlə məşğul olan adamların verdiyi məlumatları öyrənmişəm. Etimadı şəxsən tanıyıram və düşünürəm ki, o, müqəssir deyil.
Bu məsələ ilə bağlı əlim çatan hər kəsdən xahiş etmişəm ki, baş verənləri obyektiv araşdırsınlar.
[b]- Hər kəs bilir ki, şəxsi həyatınızla bağlı sual verilməsini sevmirsiniz. Amma? [/b]
- Əslində bu, belədir. Nədənsə bütün jurnalistləri respublikanın məşhur adamlarının şəxsi həyatı hər çeydən çox maraqlandırır. Mən bunu anlayışla qarşılayıram, çünki ictimaiyyət bu şəxsiyyətlər barədə yalnız kütləvi informasiya vasitələri ilə nəsə öyrənə bilər. Amma bu hadisəni o vaxt normal hesab edirəm ki, jurnalist bu informasiyadan intriqa, qalmaqal predmeti kimi istifadə etmir. Bu bir. İkincisi, əgər kimsə öz şəxsi həyatı barədə ictimaiyyətə məlumat verirsə, bu artıq onun şəxsi həyatı yox, cəmiyyətin malı olur. Təsəvvür edin ki, hər birimizin şəxsi həyatı ictimaiyyətə məlumdur. Bu, MTN-in arxivlərinin açılmasından daha dəhşətli olar.
Şəxsi həyatıma gəlincə, həyat yoldaşım vəfat edəndən sonra yeni ailə qurmamışam. Bu gün ailəm qızlarım və nəvələrimdən ibarətdir.