13-04-2018 [15:27]
"Azərsu” Açıq Səhmdar Cəmiyyətində Azərbaycanda səfərdə olan Almaniya KfW Bankının nümayəndə heyəti ilə görüş keçirilib.
Mia.az xəbər verir ki, "Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Almaniyanın KfW Bankının ölkəmizdə həyata keçirilən infrastruktur layihələrində iştirak etdiyini xatırladaraq bankın su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrində də iştirakını yüksək qiymətləndirib. Səhmdar Cəmiyyətin sədri "II Açıq Kommunal İnfrastruktur Proqramı” çərçivəsində görülmüş işlər barədə məlumat verərək bildirib ki, hazırda hər 2 şəhərdə su və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində işlər qrafikə uyğun davam etdirilir.
Almaniya KfW bankının Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə regional inkişaf departamentinin rəisi xanım Marion KnişGəncə və Şəki şəhərlərində həyata keçirilən layihələrin növbəti mərhələsi üzrə işlərin intensiv qaydada davam etdirildiyindən məmnunluğunu bildirib. O, qeyd edib ki, içməli su və kanalizasiya infrastrukturlarının yenidən qurulmasıəhalinin sosial-məişət xidmətlərindən istifadəsini yaxşılaşdıracaq.
Görüşdə Gəncə və Şəki şəhərlərində su təchizatı və kanalizasiya sisrtemlərinin yenidən qurulması istiqamətində indiyədək görülmüş işlər və gələcək planlar müzakirə edilib.
Qeyd edək ki, Azərbaycan hökuməti ilə Almaniyanın KfW Bankının birgə maliyyələşdirdiyi "Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsi Gəncə və Şəki şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını nəzərdə tutur.
Gəncə şəhərini içməli su ilə təmin etmək üçün Göygöl su mənbəyində məhsuldarlığı saniyədə 200 litr olan yeni drenaj sistemi yaradılıb, Qızılqaya su mənbəyində bərpa-yenidənqurma işləri aparılıb. Hazırda şəhərin digər mənbəyində Şəmkirçay su anbarı yaxınlığında məhsuldarlığı sutkada 140 min kubmetr olan sutəmizləyici qurğunun tikintisi davam etdirilir. Layihə çərçivəsində su mənbələrindən Gəncə şəhərinə magistral su xətləri çəkilib, anbarlar tikilib. Hazırda şəhərdə 855 km içməli su, 813 km kanalizasiya şəbəkələrinin tikintisi davam etdirilir.
Şəki şəhərini içməli su ilə təmin etmək üçün Kiş su mənbəyində sugötürücü qurğu tikilib, magistral xətlər və anbarlar inşa olunub. 135 km su, 132 km kanalizasiya şəbəkəsinin böyük hissəsi inşa edilib. Yeni tikilmiş şəbəkələrdən abonentlərə ev birləşməsi verilərək sayğaclar quraşdırılıb. Hər 2 şəhərdə tullantı sularının təmizlənib kənarlaşdırılması məqsədilə tullantı sutəmizləyici qurğuların tikintisi üzrə tender prosesi keçirilir. Bu layihələr Gəncə və Şəki şəhərlərində 550 minədək sakinin sosial şəraitinin yaxşılaşdırılmasına töhfə verəcək.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi