13-04-2018 [12:14]
Bakıda yol polislərinin sürücünü döyərək xəsarət yetirdiyi iddia olunur.
Mia.az xəbər verir ki, vətəndaş Könül Əyyubova "Qafqazinfo”ya müraciət edərək bildirib ki, martın 30-dan 31-nə keçən gecə, saat 12 radələrində qardaşı, 1990-cı il təvəllüdlü Fariz Əyyubov Nizami rayonu, Naxçıvanski küçəsi 64 ünvanında, yəni yaşadığı binanın həyətində döyülüb.
O, 99 MA 225 nömrəli "Mercedes” markalı avtomobilini park edərkən 99 YP 509 saylı xidmət avtomobili ona yaxınlaşıb: "İki nəfər yol polisi qardaşımı zor gücünə maşından düşürməyə çalşıblar, o müqavimət göstərdikdə isə döyərək xəsarət yetiriblər. Polislərdən biri Farizin qulağından yumruqla vurdu və o, huşunu itirərək yerə yıxıldı Polis isə daha sonra qardaşımın cibindən maşının açarını götürərək avtomobili cərimə meydançasına aparıb. Maşın hələ də cərimə meydançasındadır, rəsmi olaraq niyə saxlanıldığını da bizə demirlər”.
Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov məsələylə bağlı "Qafqazinfo”ya bildirib ki, çox zaman inzibati tənbeh tədbiri seçildiyi zaman vətəndaşlar bundan narazı olur və bunun əvəzini müxtəlif vasitələrlə çıxmağa çalışır:
"Maraqlısı budur ki, onlar bizə müraciət etməkdənsə, məsələnin ictimailəşdirilən zaman həll edildiyini zənn edirlər. Sizin qeyd etdiyiniz fakt əgər həqiqətən də varsa, vətəndaş buyursun sizə etdiyi müraciəti bizə də bildirsin. Biz də araşdırıb qanunvericilikdə göstərilən tələblər üzrə hərəkət edək.
Ancaq bu inandırıcı deyil. Çünki bu gün yol polisinin üzərində səsyazma qurğusu var. Müraciət etsinlər, biz də deyilən vaxtı, deyilən saatı araşdıraq, görək kim kimi döyüb, kim kimi söyüb”.


Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi