ATƏT və AŞPA müşahidə missiyalarından seçkilərlə bağlı ilkin - RƏY

img

12-04-2018 [17:09]


ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB),ATƏTParlament Assambleyası (PA) vəAvropa ŞurasıParlament Assambleyasının (AŞPA) müşahidə missiyaları Azərbaycanda prezident seçkilərində apardıqları müşahidələrə dair ilkin rəyini açıqlayıb.

ATƏTPA və ATƏTDTİHB müşahidəçiləri arasında koordinasiyanı həyata keçirən portuqaliyalı parlamentar, xanım Nilza de Sena mətbuat konfransında bildirib ki, seçkilər məhdud siyasi mühitdə keçirilib. 

O bildirib ki, beynəlxalq müşahidəçilər ilkin dövrdə sərbəst fəaliyyət göstəriblər: "Seçki administrasiyası seçkiyə yaxşı hazırlaşıb".

Koordinator qeyd edib bu, 2016-cı ildə Azərbaycan Konstitusiyasına düzəlişlərdən sonra keçirilən ilk seçkilər olub: "Mərkəzi Seçki Komissiyası əlavə qaydalar hazırlayıb, lakin bütün prosedural aspektlər təmin edilməyib. Biz gözləyirik ki, bizim və Venesiya Komissiyasının prioritet tövsiyələri nəzərə alınsın".

Koordinator, həmçinin, qeyd edib ki, MSK 5,2 milyon seçici qeydiyyata alıb: "Onlar MSK tərəfindən reyestrə daxil edilib. Seçicilər siyahı ilə tanış olmaq imkanına malik olublar.ATƏTDTİHB müşahidəçiləri qeyd ediblər ki, ictimai yayım şirkəti pulsuz efir yayımı vaxtı ayırıb, bu vaxtdan televiziya və radioda dəyirmi masa üçün istifadə olunub, lakin xəbər buraxılışlarının böyük hissəsi hakimiyyətə həsr olunub, digər namizədlərə az vaxt ayrılıb. Dövlət qurumları müşahidəçilərin işinə mane olmayıb. Səslərin sayılmasında müəyyən pozuntular qeydə alınsa da, ümumilikdə səslərin sayılması prosesi müsbət qiymətləndirilir".

Nilza de Sena vurğulayıb ki,ATƏThökumətlə əməkdaşlıq etməyə hazırdır: "Ümid edirik ki, tövsiyələrimiz nəzərə alınacaq. Ölkənin demokratik istiqamətində inkişafı üçün dialoqumuzu əsirgəməyəcəyik".

AŞPAmüşahidə missiyasının rəhbəri rumıniyalı parlamentar Viorel Rişard Badea hökuməti insan haqları sahəsində vəziyyəti yaxşılaşdırmağa çağırıb: "İstəyirik ki, tövsiyələrimiz nəzərə alınsın, əməkdaşlığı davam etdirək".

ATƏTDTİHB müşahidə missiyasının rəhbəri, niderlandlı parlamentar, xanım Koryen Yonker isə bildirib ki, dövlət qurumları öz öhdəliklərinə əməl etməli, vətəndaşların hüquqlarına hörmətlə yanaşmalıdır.

O bildirib ki, YAP seçki kampaniyalarında dominantlıq edib, bəzi müxalif partiyalar isə seçkiləri boykot edərək, iki dəfə aksiya keçirib: "MSK müntəzəm olaraq açıq sessiyalar keçirib. Lakin bu görüşlərin protokollarını dərc etmir, bu isə şəffaflığı azaldır. İki namizədin qeydiyyatı MSK tərəfindən qeydə alınmayıb. MSK-nın işçi qrupu imzaların sayılmasının necə aparıldığını göstərə bilməyib".

ATƏTDTİHB-nin müşahidə missiyasının rəhbəri seçki günü müşahidəçilərin müxtəlif yerlərdə müşahidə apardığını, müəyyən pozuntular qeydə aldıqlarını bildirib.

Sonda qeyd olunub ki, yekun hesabat iki ay ərzində açıqlanacaq.

Qeyd edək ki, mətbuat konfransında iştirak edən "Səs" Media qrupunun rəhbəri Bəhruz Quliyev və digərləri qalmaqal salaraq, müşahidə missiyalarının rəyini qərəzli olduğunu bildirərək, oxunmasına mane olublar. 

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA