Putin İlham Əliyevə zəng etdi - Nələr müzakirə olunub?

img

12-04-2018 [14:08]


Bu gün Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Mia.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Prezident Vladimir Putin Prezident İlham Əliyevi seçkilərdə inamlı qələbəsi münasibətilə təbrik edib, ona Azərbaycan xalqının firavanlığı və ölkəmizin inkişafı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb. Vladimir Putin əminliyini ifadə edib ki, Rusiya-Azərbaycan əlaqələri bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəkdir.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Vladimir Putinə minnətdarlığını bildirib. Dövlət başçısı öz növbəsində Azərbaycan ilə Rusiya arasında əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə və ölkələrimizin bir-biri ilə daha sıx əməkdaşlıq həyata keçirəcəyinə əminliyini ifadə edib.

Telefon söhbəti zamanı dövlət başçıları strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Rusiya ikitərəfli dostluq münasibətlərinin perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA