11-04-2018 [22:55]
"Sivil dialoq" adlı beynəlxalq müşahidəçi qrupu Azərbaycanda prezident seçkiləri ilə bağlı bəyanat yayıb.
İtaliya parlamentinin sabiq üzvü, İtaliya xarici əlaqələr komitəsinin hazırkı üzvü Antonio Radze bildirib ki, bu gün müxtəlif seçki məntəqələrində müşahidə aparılıb və heç bir qanun pozuntusu qeydə alınmayıb.
"Seçki prosesi demokratik və şəffaf olub. Barmaq izinin skan olunması çox innovativ bir sistemdir, bununla heç vaxt rastlaşmamışdım. Bu gün xalqın İlham Əliyevin yüksək səs toplaması ilə bağlı bayram etdiyini gördüm. Azərbaycanın gələcəkdə daha da çiçəklənməsini arzu edirəm".
İtaliya parlamentinin üzvü Cakomo Bedze isə bildirib ki, çox yüksək seçici fəallığı müşahidə edib: "Seçki prosesi mükəmməl təşkil olunub, seçicilərin mühafizəsinə xüsusi diqqət yetirilib. Kaş ki, İtaliyada da seçkilər belə yüksək səviyyədə keçirilərdi. İki ölkə arasında münasibətlərin daha da yaxşılaşacağını arzu edirəm".
Finlandiya Senatının fəxri üzvü, belçikalı Frank Kriyerman seçkilərin Avropa standartlarına uyğun keçirildiyini bildirib: "Hətta Belçikada bu cür şəffaflıq yoxdur. Bakı İslam və Qərb mədəniyyətinin birləşdiyi məkandır. İlham Əliyevin bunda rolu çox böyükdür. Güman ki, İlham Əliyev qalib gələcək, çünki ölkəni dünya standartlarına uyğun idarə edir".
Argentina parlamentinin üzvü, Cənubi Amerika parlamentlərarası birliyinin vitse-prezidenti Daniel Ramundo isə Azərbaycanın açıq ölkə olduğunu deyib: "Mənə məlumat verildi ki, yüksək səviyyədə təşkil edilən seçkilərdə saat 12.00-dək seçici fəallığı 45 faiz olub. Deyə bilərəm ki, demokratiya bu ölkədə artıq tam bərqərar olub. Demokratik mühitdə keçirilən hər seçki Azərbaycanın Avropa ailəsinin üzvü olmağa doğru atılan bir addımdır".
***
GUAM-ın Parlament Assambleyasının müşahidə missiyası Azərbaycanda prezident seçkilərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib.
Mətbuat konfransında çıxış edən təşkilatın Gürcüstan parlamenti heyətinin rəhbəri Georgi Mosidze Bakı, Sumqayıt və Xızıda müşahidə apardıqlarını deyib.
Onun sözlərinə görə, seçki sağlam rəqabət şəraitində, demokratik şəkildə keçib: "Deyə bilərəm ki, seçkiləri müşahidə zamanı ciddi qanun pozuntusu qeydə almadıq. Olduğumuz məntəqələrdə seçici fəallığı var idi. Seçki sağlam rəqabət şəraitində keçdi. Mərkəzi Seçki Komissiyasının bu sahədəki fəaliyyətini yüksək qiymətləndirirəm”.
Assambleyanın müşahidə missiyasının üzvü Oleq Medonidsa da seçkilərin şəffaf şəkildə keçirildiyini deyib, prosesin uğurla başa çatdığını əlavə edib.
***
İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Parlament İttifaqına 54 ölkə daxildir. Azərbaycan Milli Məclisi də bu qurumun üzvüdür. Azərbaycanda 20-dən çox seçki məntəqəsində olduq və səsvermə prosesi yüksək səviyyədə keçdi.
Bu sözləri İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının baş katibi Mahmud Erol Kılıç səsvermə prosesi ilə bağlı apardıqları müşahidələrin yekununa dair mətbuat konfransında deyib.
Mahmud Erol Kılıç bildirib ki, seçki məntəqələrində seçicilərlə, məntəqə komissiyalarının üzvləri və müşahidəçilərlə söhbətlərdən hər iki tərəf məmnunluqla ayrılıb. Seçkilər şəffaf, ədalətli və qanunlar çərçivəsində keçirilib. Biz heç bir nöqsan aşkar etməmişik. Azərbaycan xalqına uğurlu və parlaq gələcək arzu edirik.
***
Azərbaycanda keçirilən prezident seçkilərində apardığım müşahidələr zamanı heç bir qanun pozuntusuna rast gəlmədim. Əminliklə deyə bilərəm ki, seçkilər demokratik və ədalətli şəkildə keçdi.
Bu sözləri Bolqarıstan parlamentinin deputatı Hamid Hamid müşahidələrinin yekunlarına dair keçirdiyi mətbuat konfransında söyləyib.
Bolqarıstanlı deputat bir çox seçki məntəqələrində səsvermənin gedişini müşahidə etdiyini və hər hansı qanun pozuntusu ilə rastlaşmadığını bildirərək deyib: "Azərbaycanın seçki təcrübəsini yüksək qiymətləndirirəm. Məntəqələrdə veb-kameraların quraşdırılmasını xüsusi qeyd etmək istərdim. Tam əminliklə deyə bilərəm ki, seçkilər demokratik və ədalətli şəkildə baş tutdu”.
***
Azərbaycan xalqı öz iradəsini ifadə edərək dəstəklədiyi namizədə səs verdi. Bu seçkilərin Azərbaycan xalqı üçün uğurlu olmasını arzulayırıq.
Bu fikirləri aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkilərini izləyən Asiya Parlament Assambleyasının nümayəndə heyətinin rəhbəri, Assambleyanın xüsusi nümayəndəsi, Türkiyə Böyük Millət Məclisinin deputatı Burhan Kayatürk müşahidələrin yekunlarına dair təşkil edilən mətbuat konfransında deyib.
B.Kayatürk bildirib ki, onun rəhbərlik etdiyi nümayəndə heyəti gün ərzində həm paytaxtın mərkəzində, həm də şəhərətrafı qəsəbələrdə səsvermə prosesinin gedişini müşahidə edib. Səsvermə prosesinin azad və şəffaf şəkildə keçdiyini söyləyən xüsusi nümayəndə əlavə edib ki, məntəqələrdə həm yerli, həm də beynəlxalq müşahidəçilərin sərbəst müşahidə aparması üçün hər cür şərait yaradılmışdı.
Mətbuat konfransında çıxış edən Banqladeş parlamentinin üzvü Nazrul İslam Çovdhuri də səsvermə prosesinin çox yüksək səviyyədə keçirildiyini vurğulayaraq 11 aprel prezident seçkilərini nümunəvi seçkilər kimi qiymətləndirib.
Çıxış edən təşkilatın baş katibi Altunbek Mamaisupov Azərbaycanda keçirilən seçkilərlə bağlı müxtəlif görüşlər keçirildiyini deyib.
Türkiyə Böyük Millət Məclisinin üzvü Haluk İpek Azərbaycanda keçirilən seçkilərin yüksək səviyyədə təşkil olunduğunu deyib.
O, bildirib ki, missiya Azərbaycanda olduğu müddətdə çoxsaylı görüşlər keçirib: "Bu gün keçirilən seçkiləri mən və digər həmkarların yaxından müşahidə etdik. Bakı, Sumqayıt və Xırdalanda müşahidələr apardıq. Eyni zamanda seçicilər və müşahidəçilərlə söhbətlər apardıq. Sevindirici hal odur ki, Azərbaycanda keçirilən bu seçkilərdə fəallıq çox yüksək idi, kameralar yüksək səviyyədə işləyirdi, şəffaflıq təmin olunmuşdu, hər kəs azad şəkildə öz namizədinə səs verirdi”.
Haluk İpek əlavə edib ki, seçim prosesində hər hansı qanun pozuntusu qeydə alınmayıb: "Xüsusən qeyd edim ki, əlillərin səs verməsi üçün yüksək şərait yaradılmışdı. Türk PA missiyası Azərbaycanda təşkil olunan prezident seçkilərinin beynəlxalq standartlara uyğun keçirildiyini müşahidə edib”/modern.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi