İlham Əliyevin qələbəsi barədə daha bir nəticə - 84.49 faiz

img

11-04-2018 [20:56]


"Rəy" Monitorinq Mərkəzi bu gün prezident seçkilərində keçirdiyi "exit-poll"un ilkin nəticələrini açıqlayıb.

"Exit-poll"un nəticələrinə əsasən seçicilərin 84,49 faizi İlham Əliyevə səs verib.

Aparılmış tədqiqatın nəticəsi aşağıdakı kimidir:

- Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev - 84.49%;
- Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev - 3.72%;
- Öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc - 3.21%;
- Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu - 3.04%;
- Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə - 1.65%;
- Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev - 1.57%;
- Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev - 1.46%;
- "Cəbhəçilərin təşəbbüs qrupu" tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev - 0.86%.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA