"“ABŞ və Rusiya bir-biri ilə küçə qoçuları kimi dalaşır, Türkiyənin heç vaxt imperialist hədəfi olmayıb" - Yıldırım

img

11-04-2018 [17:26]


"ABŞ və Rusiya bir-biri ilə küçə qoçuları kimi dalaşırlar”.

Bunu Türkiyənin baş naziri Binəli Yıldırım 21-ci Avrasiya İqtisadi Forumunda ABŞ-la Rusiya arasında mövcud gərginliyə münasibət bildirərkən deyib.

O qeyd edib ki, ABŞ-la Rusiya "Twitter” vasitəsilə bir-birlərini hədələyirlər: "Bu gün Balkanlarda sülhün, təhlükəsizliyin, sabitliyin davam edə bilməsi üçün hamımızın üzərinə böyük məsuliyyət düşür. Çünki Orta Şərqdə yetərincə problem var. Başqa bölgələrə bu problemlərin yayılmasının qarşısını mütləq almalıyıq. Türkiyə Balkanlarda bu anlayışla hərəkət edir. Türkiyənin heç vaxt imperialist hədəfi olmayıb. Bundan sonra da olmayacaq. Türkiyə getdiyi yerə yaxşılıq, dostluq, sülh üçün gedir”. 

Report.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA