Məzahir Pənahovdan seçicilərə müraciət: "Bu hallar seçki prosesinə kölgə sala bilməz”

img

10-04-2018 [16:55]


 "Azərbaycanda seçici siyahılarında problem yoxdur. Kiminsə adı seçici siyahısında olmaya bilər, bu, normaldır”

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov mətbuat konfransında deyib.

O bildirib ki, bu adı seçici siyahısında olmayan vətəndaşın səsverməsinə əngəl yaratmır: "Bəzən insanlar seçici siyahısına düşməkdən yayınırlar. Biz onlara çağırış edirik ki, adlarının seçici siyahısına daxil edilməsi üçün müraciət etsinlər. Təəssüflər olsun ki, insanlar buna biganə yanaşır. Bu hallar seçki prosesinə kölgə sala bilməz”.

Report

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA