MSK prezident seçkilərinə tam hazırdır - Məzahir Pənahov

img

10-04-2018 [16:42]


Mərkəzi Seçki Komissiyası (MSK) sabah baş tutacaq prezident seçkilərinə artıq tam hazırdır.

Mia.az-ın məlumatına görə, bunu MSK sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.

M.Pənahov qeyd edib ki, həm Azərbaycan daxilində, həm də Azərbaycan xaricində bütün seçicilərin səs verməsi üçün lazımi şərait yaradılıb.

MSK sədri bildirib ki, müşahidəçilərin sırası kifayət qədər genişdir və müşahidə aparmaqla bağlı heç bir müraciətə yox cavabı verilməyib.

"Biz müşahidə aparmaq üçün bütün müraciətlərə müsbət cavab vermişik və bu da çox yaxşı cəhətdir”.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA