10-04-2018 [12:18]
Bakıda bu gündən etibarən parkomatların ləğv edilməsi ilə bağlı xəbərlər yayılıb.
Bu barədə sosial şəbəkədə yazan jurnalist Mahir Məmmədli bildirib ki, hazırda parkinq nəzarətçilərinə balaca elektron cihazlar verilib: "Maşın dayanan kimi aparata daxil edilir və mərkəzi sistemə məlumat ötürülür. Məsələn, əvvəl yarım saatlıq dayanıb 1 saat sonra gəlmək olurdu. Amma indi sistem onu borc kimi hesablayacaq və ödəməyənlər cərimə olunacaq. Ödənilən pulu da nəzarətçilər özlərində saxlayacaq və vaxtaşırı idarədən inkasatorlar gəlib aparacaq”.
Qeyd edək ki, belə bir məlumatın yayılması və cərimə məsələsinin ortaya çıxması sürücüləri narahat edib.
"Qafqazinfo” məsələyə aydınlıq gətirmək üçün yol təhlükəsizliyi məsələləri üzrə ekspert Ərşad Hüseynovla əlaqə saxlayıb.
O bildirib ki, yayılan məlumatdan xəbərdardır və onu aydınlaşdırmağa çalışıb:
"Məlum oldu ki, bu, bir test sınağıdır. Qanuna əsasən bütün parklanma təsərrüfatı hazırda Bakı şəhər İcra Hakimiyyətinin tabeliyindədir. Gələcəkdə isə yeni dəyişikliyiə əsasən üç ay ərzində parklanma təsərrüfatı Bakı Nəqliyyat Agentliyinin tabeliyinə verilməlidir.”Yol hərəkəti haqqında” qanunun 53- cü maddəsi, İnzibati Xətalar Məcəlləsinin 127-2 -ci maddəsində göstərilir ki, bütün parklanma yerləri Dövlət Yol Polisinin Mərkəzi İnformasiya Sisteminə inteqrasiya olunan və daxil olan nəqliyyat vasitəsinin daxil olma vaxtını, ödənişin edilib-edilmədiyi məsələsini, orda qalma müddətini qeydə almanı online şəkildə mərkəzi informasiya sisteminə ötürən xüsusi texniki vasitələrlə təmin olunmalıdır.
Bunların olması üçün birinci növbədə, parklanma zolaqları olmalıdır. Nazirlər Kabinetinə ötən ildən 3 mühüm sənədin təsdiq olunması barədə göstəriş verilib. Bunlar "Parklanma yerlərindən istifadə qaydası”, "Parklanma yerlərində parklanmaya görə ödənişin məbləğinin müəyyən olunması”, "Parklanma yerlərinin yaxınlığında yaşayan insanlar üçün pulsuz parklanmaya icazə verən xüsusi talonların verilməsi” sənədləridir.
Bu üç sənəd mövcud olmadığı halda kiminsə barəsində ödəniş etmədiyinə görə cərimə yazmaq olmaz. Hazırda görünən o qurğular test rejimindədir”.
Onun sözlərinə görə, burada cərimədən söhbət gedə bilməz: "Çünki Dövlət Yol Polisi rəsmi şəkildə bildirir ki, bu məsələlərdən xəbəri yoxdur. Belə başa düşdüm ki, hələ ki, test işiylə Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq idarəsi məşğul olur. Onlar hansısa özəl qurumu da bu işə cəlb edə bilərlər. Sürücülərin narahatlığına heç bir əsas yoxdur”.
Ə. Hüseynov əlavə edib ki, ola bilsin ki, gələcəkdə parkomatlara da ehtiyac qalmasın: "Çünki həmin parkomatlar çox böyük istismar xərcləri tələb edir. Hazırkı durumda onlar özünü doğrultmayacaq. Gələcəkdə bu sistemi təkmilləşdirmək lazımdır”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi