10-04-2018 [09:45]
ABŞ-ın Rusiyaya qarşı son sanksiya qərarından cəmi bir neçə gün keçsə də, artıq "qara siyahıya” düşənlər böyük pullar itirməyə başlayıblar. Məlum olub ki, qərarın elan edildiyi vaxtdan – aprelin 6-dan bu yana adı sanksiya siyahısında olan biznesmenlər, şirkətlər və onlara bağlı olan (sanksiya siyahısına düşməsələr də) şəxslər – ümumilikdə 54 rusiyalı biznesmen 14 milyard dollar itirib.
Baş verənləri şərh edən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovbunun yeni üslub olduğunu bildirib. Və əlavə edib ki, hökumət sanksiyaların nəticələrini minimuma endirmək üçün hər şeyi edir.
Qeyd edək ki, siyahıda Rusiya prezidenti Vladimir Putinlə yaxın münasibətlərdə olan 24 biznesmen və məmurun adı var – Oleq Deripaska, Mixail Fridman, Aleksey Dyumin, Sergey Fursenko, Süleyman Kərimov, Kirill Şamalov, Viktor Vekselberq, Andrey Akimov, Vladimir Boqdanov, Oleq Qovorun, Vladimir Kolokotsev, Konstantin Kosaçev, Andrey Kostin, Aleksey Miller, Nikolay Patruşev, Vladislav Reznik, İqor Rotenberq, Yevgeni Şkolov, Andrey Skoç, Aleksandr Torşin, Vladimir Ustinov, Aleksandr Jarov, Viktor Zolotov, Timur Valiulin.

"Forbes” yazır ki, hazırda rusiyalı milyarderlər itirilən vəsaitlərinin həcminə görə antireytinq cədvəlinə liderlik edirlər. Moskva birjalarında çöküş yaşanır. London birjalarında demək olar ki, bütün Rusiya şirkətləri, o cümlədən "Lukoyl”, "Novateka”, NLMK, "Fosaqro”, "Polyusa Zolota”, "Rosneft”, "Surqutnefteqaz” dəyər itirir.
Moskva birjasının indeksi təqribən 7 faiz aşağı düşüb. "Sberbank”ın, "Qazprom”un, "Lukoyl”un, "Alros”un, "Rosneft”in, "Norilsk nikeli”ninsəhmləri ucuzlaşıb.
Rubl bu gün dollara və avroya nisbətdə xeyli geriləyib. Belə ki, dollar ötən il noyabrın 16-dan bu yana ilk dəfə 60 rublu ötüb.
Avronun məzənnəsində 2 rubldan çox artım olub. Hazırda bir avro 74 rubldur ki, bu da 2016-cı ilin 4 avqustundan bu yana ilk belə yüksəlişdir.
Təhlilçilərin fikrincə, bu yolla sərmayəçilər öz risklərini minimuma endirməyə çalışırlar.
Sərmayəçilər və tərəfdaşlar yeni sanksiya qərarına görə iyunun 5-dək 12 şirkətlə bütün müqavilələri ləğv etməlidirlər. Bura Oleq Deripaskanın, Viktor Vekselberqin, İqor Rotenberqin və Kiril Şamalovun idarə etdiyi şirkətlər də aiddir.
Təkcə ABŞ-ın yox, üçüncü ölkələrin də şirkət və şəxsləri sözügedən müqavilələri pozmalıdılar. Əks halda Birləşmiş Ştatlar onları da sanksiya siyahısına salabilər.
Sərmayəçilər eyni zamanda mayın 7-dək En+, QAZ və "Rusal”la da əməliyyatları başa çatdırmalıdılar.
Rusiyalı milyarder Oleq Deripaska ilə yanaşı, ona bağlı olan 8 şirkət də sanksiyalara məruz qalıb. Rusiyalı milyarder ABŞ-a səfər edə bilməyəcək, onun ABŞ ərazisindəki aktivləri dondurulacaq.
Oleq Deripaska

"Forbes”in məlumatına görə, Deripaska son bir neçə gündə 1,3 milyard dollaritirib. 2017-ci ilin nəticələrinə əsasən Deripaska "Forbes”in siyahısında 23-cüyerdə idi. Son itkilərdən sonra isə o, 29-cu yerdə qərarlaşmalı olub.
Hələ ki sanksiyalardan ən çox zərbə alan Deripaskaya məxsus "Rusal” və "En+” şirkətləridir. "En+”da Direktorlar Şurasının 2 üzvü məlum sanksiya qərarından sonra şirkəti tərk edib.
"Rusal”dan bildiriblər ki, bəzi kredit öhdəlikləri var və ABŞ Maliyyə Nazirliyinin sanksiyaları onları texniki defolta gətirə bilər. "Rusal”ın səhmlərində 50 faizlik ucuzlaşmanın olduğu bildirilir. Şirkətin səhmləri Moskva birjasında da kəskin ucuzlaşıb – 46,9 faiz.
"Rayffayzen bank”ın analitikləri bildirirlər ki, yeni sanksiyalar böyük ehtimalla ABŞ dolları ilə hesablaşmalara son qoyacaq ki, bu da avrobond və digər əməliyyatların defoltu anlamına gəlir.
"Rusal” vəziyyətin mürəkkəb olduğunu etiraf etsə də, şirkətin bunun öhdəsindən gələcəyini bildirib. "En+” şirkəti isə sanksiyaların iş və perspektivə mənfi təsiri olacağı barədə açıqlama verib.
Deripaskaya məxsus "QAZ”ın səhmləri də 10,5 faiz ucuzlaşıb.
Viktor Vekselberq

Son sanksiyalardan ən böyük zərbə alan rusiyalı milyarderlərdən biri də Viktor Vekselberqdir. "Renova” şirkətinin sahibi olan Vekselberq bu günlər ərzində 1 milyard dollara yaxın pul itirib.
"Forbes”in rusiyalı milyarderlərlə bağlı siyahısında 10-cu yeri tutan Vekselberqin sərvətinin 6,4 faizi sanksiyaların badına gedib. Səhmdarı olduğu "Sual” şirkətinin səhmlərinin 26,5 faizi "Rusal”a məxsusdur.
Bu gün o da məlum olub ki, "Renova” İsveçrənin "Sulzer” maşınqayırma şirkətinə nəzarət hüququndan məhrum edilib. "Sulzer” ABŞ-ın sanksiyalarına görə özünün 5 milyon dollarlıq səhmlərini satın alacaq. Nəticədə "Renova”nın payı 48,83 faizə enəcək.
Süleyman Kərimov

"Forbes”in rusiyalı milyarderlər siyahısında 21-ci yerdə olan Süleyman Kərimov sanksiya qərarı elan olunandan bugünədək 921 milyon dollar itirib.
Kərimovun ailəsi "Polyus” qızıl mədənini işlədir. London birjalarında şirkətin səhmlərində 14 faizlik ucuzlaşma olub. Moskvada şirkətin qiymətli kağızları 10 faiz ucuzlaşıb.
Andrey Kostin

Dövlət bankı VTB-nin rəhbəri Andrey Kostin də sanksiya siyahısında yer alıb. Kostin "Bloomberg”ə bildirib ki, ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə davam etsə, bu, Birləşmiş Ştatların "iqtisadi savaş” elan etməsi demək olacaq: "Mən bu sanksiyaları şəxsimə qarşı qəbul etmirəm. Çünki ABŞ-a, onların maraqlarına qarşı pis heç nə etməmişəm. Həmişə çalışmışam ki, Amerika bankları və sərmayəçiləri ilə yaxşı işgüzar münasibətlər quraq”.
Kostin VTB-yə 2014-cü ildən rəhbərlik edir. Bu gün bankın səhmləri Moskva birjasında təqribən 10 faiz ucuzlaşıb.
Vladimir Boqdanov

"Forbes”in rusiyalı milyarderlər siyahısında 49-cu yerdə olan Boqdanov bir neçə günə 58 milyon dollar itirib. Onun sanksiya siyahısına düşməsinə səbəb Rusiyanın energetika sektorunda fəaliyyət göstərməsidir. Boqdanov Rusiyanın nəhəng neft şirkətlərindən olan "Surqutnefteqaz”ın baş direktoru və səhmdarıdır. Və şirkətə 1984-cü ildən rəhbərlik edir.
"Surqutnefteqaz” 2014-cü ildə də sanksiya siyahısına düşmüşdü.
Digər oliqarxlar

Birjadakı təşviş və Rusiyaya məxsus səhmlərin ucuzlaşması sanksiya siyahısında olmayan rus oliqarxlara da zərbə vurub. Məsələn, "Yevraz” dağ-metallurgiya şirkətinin səhmdarları Roman Abramoviç və Aleksandr Abramovməlum dalğada 1,1 milyard dollardan çox pul itirib.
Vladimir Potanin isə Deripaskanın şirkətinin tərəfdaşı olduğuna görə 1,5 milyarddollarından olub.
Böyük pul vəsaiti itirənlər arasında Leonid Mixelson, Gennadiy Timçenko, Vladimir Lisin, Vahid Ələkbərov və Aleksey Mordaşov da var…
Strateq.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi